adalet.az header logo
  • Bakı -°C

Demokratlar həyəcan təbili çalırlar

88 | 2026-02-06 12:36
A- A+

ABŞ Senatının Demokrat partiyasından olan konqresmenləri Qriqori Miks, Adam Smit və Cim Xayms prezident Donald Trampı təcili olaraq Rusiya ilə, strateji hücum silahları ilə bağlı Müaviləni hüquqi cəhətdən yeniləmək üçün  danışıqlara başlamağa çağırıb. 

 Konqressmenlərin Nümayəndələr palatasının saytında dərc olunan məktubunda qeyd olunur ki, fevralın 5-də müddəti başa çatan əvvəlki müqavilə ideal olmasa da, nüvə silahlanmasının  aarşısını alırdı. 

 ABŞ prezidenti Donald Tramp isə, müqavilənin müddətinin uzadılmasını məqbul saymayaraq, Rusiya Federasiyası ilə yeni müqavilənin hazırlanmasını təklif edib.  

 Rusiya  prezidentinin mətbuat katibi Dmitri Peskov  bildirib ki, əgər Vsşinqtondan bununla bağlı hər hansı bir təklif olunarsa, Moskva dialoqa hazır olacaq.

 Rüstəm Hacıyev

  • Fevral:
  • 6

TƏQVİM / ARXİV