adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Çörək və tamaşa - Mehman Cavadoğlu yazır

MEHMAN CAVADOĞLU
89707 | 2020-07-04 09:00

Troyanınməhvinə poema qoşmaq sevdasıyla paytaxtdan uzaqlaşıb sakit bir məkana çəkilmişdəlisov imperatorun fantaziyası o qədər yüksəklərdə cövlan edirdi ki, onucilovlayıb yazıya köçürməkdə aciz qalmışdı. Gicgahlarını nə qədər ovuşdursa da əsərdəkiyanğın səhnəsini təsvir eləməyə təxəyyülünün gücü çatmırdı. Bu elə-belə,sıradan bir yanğın səhnəsi yox, ali mənsəb sahibinin adına layiq möhtəşəm birşey olmalıydı. Məmləkəti bürüyən çil-çırağın işığında ora vahimə toxumu səpməli,təbəələrin həzz və iztirab duyğularını eyni anda coşdurmalıydı. Ancaq nə qədərgücənsə də alınmırdı. İstedadının kasadlığını heç ağlının ucundan dakeçirmirdi. Ağlının ucundan keçən dərrakəsinin yox, mənsəbinin səviyyəsinəuyğun idi: "Necə ola bilər ki, tanrı adamı ali hakimiyyət kürsüsünə qaldırsın,yerin-göyün mütləq sahibi eləsin, amma ona ağıl, istedad kimi "xırda-para şeyləri”qıymasın. Tanrı belə şey etməz, edə bilməz”. Bu cür düçüncələr içindəvurnuxa-vurnuxa birdən beynində qara-qura fikirlər dolaşmağa başladı: "Əgərömrümdə bir dəfə də olsa öz gözümlə xırdaca bir yanğın səhnəsi görməmişəmsəbuna istedad neyləsin?!”

Dərhalaz qala dünyanın hər bucağından görünən, hər küncünə vəhşət saçan bir yanğıntörətmək üçün göstəriş verdi. Saray əhli əllərində məşəl küçələrə axışdı.Yandırmaq da yazmaq qədər çətin ha deyil. Miladın 66-cı ilində dünyanın ənböyük, ən varlı şəhəri olan Roma belə yandı. Alov göylərə bülənd olub şəhərinbütün məhəllələrini külə döndərdikcə öz əzəmətindən cuşə gələn imperator şövqləbu mənzərəni seyr edir və Troyanın acı taleyinə ağı deyirdi.

İllərkeçdi, tarix onun "Troya” dastanını unutsa da, "Roma” faciəsini birdəfəlikyaddaşına həkk edərək bu günədək qoruyub saxladı.

İlköncə bu yanğın səhnəsini öz imperatorları sayaq möhtəşəm tamaşa kimi izləyənkütlə bir az keçmiş vahiməyə düşdü, şəhərin böyük bir hissəsi yanıb külədöndükdən, quru yurdda qaldıqlarını dərk etdikdən sonrasa qəzəb püskürməyəbaşladı. İndi onu sakitləşdirmək lazım idi. Qızmış beyinləri cilovlamağın sınaqdançıxmış yolu kara gəldi: ac adamı qandırmaq üçün əvvəl onun qarnını doydurmaq,sonra başını qatmaq lazımdır. Şəhərin kənarında yerləşən ərzaq anbarlarıyanğından salamat çıxmışdı. Təqiblərdən qaçıb Romaya sığınmış və burda kiçikicma kimi yarımleqal şəraitdə yaşayan xristianlardan isə qurama yox, real faciəpersonajları düzəltmək olardı. Xalqa çörək və şərab paylandı, xristianlar isəyanğının günahkarı kimi sürü halında sütunları kösövə dönmüş kolizey meydanınasürükləndi. Onları diri-diri itlərə, şirlərə yedirdir, şaqqalayır, ənağlasığmaz üsullarla məhv edirdilər. Kütlə hayqırdıqca yanğısı sönür, məhvərindənçıxmış qəzəbinin üstünə su səpilirdi.

Roma yanğınında uşaq olan məşhur satirikYuvenal sonradan öz satiralarının birində yazır ki, bu xalq böyük qələbələrlə zənginöz şərəfli keçmişini çoxdan unudub, biganələşib, bütün qayğılardan uzaq düşüb.İndi o, kobud desək, yalnız ibtidai instinktlərin sehriylə yaşayır və iki şeyhaqqında düşünür: "Çörək və tamaşa!” Düz iki min ildir ki, bu formul təkcə Romadayox, dünyanın hər yerində əbədi mühərrik kimi dayanmadan çalışır, yeni çalarlaralır, fərqli formalarda üzə çıxır, rəngbərəngqiyafələrə bürünür, ancaq məzmun və mahiyyətini dəyişmir. Çünki toplumun xislətibelədir, çünki "xalq şiddətli hisslərin aşiqidir, onunçün edam da tamaşadır(Puşkin).

Uzağagetməyin, elə icra başçılarının, nazir müavinlərinin son silsilə həbslərinigötürün. Proses bir az səngiyən kimi toplum darıxmağa, məyus olmağa və yeni həbslərtələb eləməyə başladı. Onu daha çox vəcdə gətirən bu həbslərin mahiyyətindənçox formasıydı. Əli avtomatlı bir dəstə adam qəfil içəri girir və yer sahibininqollarına qandal vurur. Qəfil qonaqların amiranə duruşu və qurbanın miskin görkəmi.Tükürpədən, qan coşduran mənzərədir, Şekspirin hansı dramı insan hisslərini bucür təlatümə gətirməyə qadirdir? Düzdür, əliyalın və müqavimət imkanı olmayanadamı başqa bir kabinetə dəvət edib qandallamaq, sonra bu haqda xalqa məlumatvermək də mümkün idi. Amma bunun xalqa nə xeyri, quru bir qəzet məlumatı onunhisslərini coşdurmağa, təşnəsini söndürməyə məlhəm ola bilərdimi? Əlbəttə yox.Görüntüsüz, tamaşasız nə hiss, nə coşqu?!

Xalqıruhdan salmamaq üçün qısa fasilədən sonra yeni həbslərə start verildi. İkigünün içində dalbadal iki məmur tutulur, ancaq xalqdan səs çıxmır, ehtiraslarkükrəmir. Çünki dramaturgi ardıcıllıq pozulub, kulminasiya qabağa çəkilib. Üstəlik,avtomat və qandal kimi vacib elementlər dekorasiyadan çıxarıldığına, vahiməsaçan qara maskalar koranavirus maskalarıyla əvəzlənərək tamaşaya humanist çalarqatıldığına görə effekt öləziyib. Əgər proses tərsinə getsəydi, yəni əvvəlki vəsonrakı həbslərin yeri dəyişdirilərək artan xətt üzrə inkişaf etdiriləsəydi,üstəlik, daha yüksək instansiyalara çatanda müavinlər səviyyəsinə endirilməsəyditam fərqli mənzərə yaranar, xalq məyus duruma düşməz və baş verənləri heçolmasa türkəçarə islahat kimi qələmə vermək olardı.

Pandemiyaylaəlaqədar dalbadal tətbiq edilən ikigünlük"evdəqal”, daha doğrusu, "yeyat” dövründə də tamaşasız keçinmək mümkünolmadı. Eyvanlar şəhər meydanına, teatr və konsert salonlarının səhnəsinəçevrildi. Arabir ordan atılan zibillərinşappıltısı, yatağından lüt-üryan sürünənlərin hayqırtısı şəhərin pantomimruhuna xələl gətirsə də sonradan bir dəstə müğənninin "eyvan xoru” xalqlapolisin əbədi qardaşlıq simvoluna çevrilərək olanları unutdurdu. Tamaşanın gücübudur, o, hüququn cözmədiyi və yaxud cözmək istəmədiyi kazusların da öhdəsindəngələ bilir, həllini tapmayanda, heç olmasa, üstünü malalamağı bacarır.

Bugünlərdə televiziya kanallarının birində cinlərlə bağlı bir veriliş gedib.Ümumiyyətlə, cin-şeytan söhbətləri, köhnə pirlərin kəramətinə dastan bağlamaq,evlərin damına daş yağdırmaqla, ağacların yarpaqlarındakı hansısa cızıqları birmüdrik kəlam və ya ilahi kəlmə kimi oxumaqla yeni pirlər yaratmaq prosesinə dəstəkvermək bizim televiziyaların məhrəm mövzularından biridir. Böhran dərinləşəndəşou bizneslə, göz yaşlarıyla müşayət olunan bəzən tam, bəzən yarıqurama ailə-məişətdramlarıyla tamaşaçını doyurmaq olmur, onu real problemlərdən yayındırmaq üçündaha effektli, daha təsirli üsullara, qəlbləri riqqətə gətirən mövzulara əlatmaq, bir sözlə, beyinləri kütləşdirmək testlərinə keçmək zərurəti yaranır. Hərşeyin allahın əlində olduğunu, onun iradəsiylə baş verdiyini təlqin edən dini rəvayətvə nəsihətlər, didaktika, paranormal hadisələr və ən nəhayət, xurafat, yəni,vaxtilə Sabirin, Cəlilin ürəyini qubarladan nəsnələr! Baş qatmağın, beyinlərikütləşdirməyin bundan səmərəli daha hansı yolu ola bilər?!

İnsanıngenetik yaddaşının həssaslığı onun ictimai şürunun inkişafına əngəl törədən əsasamildir. Elm və texnikanın nailiyyətləri, maarifin, mədəniyyətin yüksək səviyyədəinkişafı adamların davranış stereotiplərini, onların zahiri görkəmlərini nə qədərdəyişsə də, mistik yaddaşı şüurun alt qatlarına ata bilmir. Ən güclü insan iradəsi belə xoşbəxtlikaxtarışları və bədbəxtlik xofu qarşısında kövrəkləşib çat verərək aciz durumadüşür. Xurafatın gücü də bundadır. Təsadüfi deyil ki, mistikaya meyl yüksəkinkişaf səviyyəsinə çatmış ölkələrin özündə də bizdəkindən az deyil. Bu cür həssaspsixoloji durumda bir yandan da kütləvi-informasiya vasitələrində, xüsusilə hərevin çağrılmamış qonağı olan televiziyalarda bu mövzunun şitinin çıxarılması, həttabəzən ən titullu alimlərin dilindən beyinlərə yeridilməsi artıq heç tamaşa dadeyil, nəsə başqa şeydir.

Üstəlik,eyni etnokulturoloji dəyərləri bölüşdüyümüz qonşularımız da bizə müxtəlif səpgilitamaşalar idxal etməklə məşğuldurlar. Yadımdadır, Ermənistan-Azərbaycan münaqişəsinintəzə-təzə cücərməyə başladığı günlərdə dostlarla hadisələrin inkişafperspektivini, məsələnin ciddiləşəcəyi təqdirdə hansı resursların dadımıza çatabiləcəyini götür-qoy edirdik. Söhbət ən son variantların üstünə gələndəRusiyaya güvənmədiyimiz üçün İslam inqilabından sonra bura mühacirət eləmiş,Tehran universitetini yarımçıq atmağa məcbur olmasına baxmayaraq bizimuniversitet diplomlu məzunlardan qat-qat səviyyəli olan dostumuzdan soruşduqki, əgər hadisələr ciddiləşsə və sərhədlərdə gediş-gəliş imkanı yaransa İrangizli şəkildə bizə silah-zad ötürə bilərmi? Dostumuz heç fikirləşmədən cavabverdi: "Silah deyə bilmirəm, amma gediş-gəliş imkanı yaransa İran sizə çoxlu təsbehvə saqqız göndərəcək”. Necə demişdi, eləcə də oldu. Qardaşlıq köməyi umurduq,tamaşa gördük. Digər qonşumuzsa bizə "feto” kitabları ixrac edirdi, özü də"feto”nun faktiki olaraq öz hökumətiylə koalisiyada olduğu vaxtlarda.

Çörəkvə tamaşa formulu effektli idarəçilik üsulu sayılsa da həmişə keçərli olmur.Bütün ictimai-siyasi anlayışlar kimi bu paradiqma da imperativ deyil. Odur ki,cəmiyyəti daimi olaraq onun umuduna buraxmaq təhlükəlidir. Vaxtilə Neronun çörəkvə tamaşayla sakitləşdirib ram etdiyi kütlə bir neçə ildən sonra qiyamqaldırmış elitaya qoşularaq onun axırınaçıxdı. Xalqlar bir-birlərindən mədəniyyətləri, təfəkkür tərzləri, davranışqaydaları və bu qəbildən olan çox nəsnələrlə fərqlənsələr də kütlə həmişə kütlədir,o hər dövrdə, hər yerdə eyni məntiqlə düşünür, eyni qaydalarla, ən qorxulusu daodur ki, instinktlə hərəkət eləyir.

P.S. Bəzi tarixçilər Romanın Neron tərəfindənyandırıldığını təsdiq eləmirlər, əksinə həmin yanğından sonra onu sürətlə vədaha yaraşıqlı, ən əsası da yanğından asan müdafiə olunmağa imkan verənarxitektur üslubda və odadavamlı materiallardan tikdiyinisöyləyirlər. Neyləyək ki, bütün humanitar elmlər kimi tarix elmi də sürüşkənqadına bənzəyir, hər kəs ondan öz məqsədinə müğayir şəkildə istifadə eləyir.

TƏQVİM / ARXİV