25 dekabr saat saat 23:00-dan 26 dekabr saat 08:00-dək Bakı şəhəri, Səbail rayonu, “Bibiheybət yolu”nda (20-ci sahə istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti qısa müddətli məhdudlaşdırılacaq.
Bu barədə Adalet.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, sürücülər alternativ olaraq Gülbala Əliyev və Fərman Qurbanov küçələrindən istifadə edə bilərlər.
"Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - agentlik bildirib.
Yazarın digər yazarlar
"Ermənistandan mallar tezliklə Azərbaycana ixrac olunacaq" - Paşinyan
Əli Əsədov AZAL təyyarəsinin həlak olan ekipaj üzvlərinin məzarlarını ziyarət etdi
3 nəfərin öldüyü avtobus qanunsuz işləyirmiş - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB


Bakı -°C
