adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

BU DƏFƏ QULAQLARININ DİBİNİ GÖRƏRLƏR - Aqil ABBAS yazır

AQİL ABBAS
537 | 2022-11-02 16:16

Qarabağda yaşayan ermənilər yenidən 34 il əvvələ – 1988-ci ilə qayıtmaq istəyirlər. Yığışıblar meydana, yeni bir «Miadsum» bağırırlar. Heç İrəvanda bu qədər erməni yoxdu ki, Xankəndində mitinqdə toplaşıblar. Ermənistanda avtobuslara doldurub Vardanyanın pulu ilə daşıyıblar Xankəndinə.

O da sirr deyil ki, 10 noyabr üçtərəfli bəyannaməsində göstərildiyi kimi, Ermənistan silahlı qüvvələri Qarabağın ərazisini tərk etmirlər. Qeyri-rəsmi məlumata görə, 20 min nəfərdilər. Ermənistan silahlı qüvvələri əsasən Qarabağda yerləşdirilib, Ermənistana lazım deyillər. Bir ölkə ki, öz sərhədlərini qoruya bilmir, daxildə böyük bir ordunu saxlamaq nəyə lazımdı?! Mitinqləri dağıtmaq üçün bir az qüvvə lazımdı, vəssalam. Qarabağdakı Ermənistan əsgərlərini də mülki geyimdə çıxardıblar mitinqə. Rusiyanın sülhməramlıları da qoşulub onlara mitinqə bir rəng qatıblar.

1988-ci ildə keçmiş SSRİ-nin, əslində Rusiyanın Xankəndində 366-cı atıcı batalyonu yerləşir. Düzdü, həmin batalyonda erməni zabitləri daha çox idi, həmin 366-cı batalyonda Xocalı soyqırımı da mühüm rol oynadı. İndi Rusiyanın Xankəndindəki, daha dəqiq desək, Qarabağdakı «sülhməramlıları» hərbi hissəsini dəqiq bilmirəm, olsun 367-ci. Çox qəribədir ki, «bu sülhməramlıların» qərargahı da 366-nın əl işi olan Xocalıda yerləşir.

Bəyannaməyə əsasən, hələ üç il vaxtları var. Putin və Paşinyan çalışdılar ki, vaxtı 15 il, 20 il uzatsınlar, amma alınmadı. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev qətiyyətlə bildirdi ki, Qarabağ söhbəti bitibdir. Və Soçi bəyannaməsində də Qarabağ adı çəkilmədi.

Paşinyan vaxt qazanmaq istəyir. Azərbaycanca atalar sözü var, get, get, görək divar qurtarandan sonra hara gedəcəksən? İndi Paşinyan üçün divar qurtarıb. Nə Makron, nə Putin, nə də İran prezidenti yeni divar tikə bilmir və bilməyəcək də.

Adam qorxmaya, yaza ki, Paşinyan, Putin və İran prezidenti, gedin hoppanın:

Qarabağ Azərbaycandır!

  • May:
  • 3

TƏQVİM / ARXİV