adalet.az header logo
  • Bakı 17°C

«Böyük sözün işığında» - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
432 | 2022-01-17 14:15

Ötən ilin sonlarında dostlarımdan biri həmişə olduğu  kimi redaksiyamıza gəlmişdi. Çantasında bir neçə kitab gördüm. Nə qədər gizlətməyə çalışsa da, bacarmadı. Özü də yaxşı bilirdi ki, təzə kitablar, yəni oxumadığım kitablar həmişə mənim üçün maraqlı olur. Çalışmışam ki, həmin kitabı hansısa vasitədən istifadə edib özümünküləşdirim.

Dostumun çantasındakı kitabdan birini necə deyərlər «üzə salıb» onun əlindən aldım. Bu kitab orta məktəb illərindən əsərlərini sevə-sevə oxuduğum, xüsusi ilə «Budağın xatirələri»ni az qala əzbərlədiyim, «Turaclıya gedən yol»u gözü yumulu gəzdiyim və digər əsərlərini də kitabxanamda yuxarı başda saxladığım unudulmaz yazıçımız Əli Vəliyev haqqında xatirələr idi. Gözü yumulu götürdüyüm kitabı vərəqlədim. Xalq yazıçımız barəsində dəyərli ədəbiyyat adamlarının, xalq şairləri Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Xəlil Rzanın, Rəsul Rzanın, xalq yazıçıları Mirzə İbrahimovun, Süleyman Rəhimovun, İlyas Əfəndiyevin, Bayram Bayramovun, Hüseyn Abbaszadənin, İsmayıl Şıxlının və digərlərinin Əli müəllimlə bağlı xatirələri mənim sevdiyim bir yazıçının özəl həyatı ilə də qarşılaşdırdı. Onun yumor, həyat eşqi dolu ömrünə bir müşahidəçi kimi kənardan baxır, romanlarındakı həyat ilə həmin həyatı paralelləşdirdim. Və əmin oldum ki, məhz bu həyatın sahibi bizə təqdim etdiyi romanlardakı həyatı sözün gerçək mənasında, bu və ya digər formada yaşayıb. Ona görə də onun özü də, sözü də oxucuları tərəfindən sevilibdir.

 

Sonda onu da xatırladım ki, kitabın tərtibçisi Yaşar Əliyev, redaktoru isə Bəhlul Abbasovdur. Kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzində çap olunubdur. 

 

 

 

 

                                                               

TƏQVİM / ARXİV