adalet.az header logo
  • Bakı -°C

"Bir gecədə 68 raket atıb" - Zelenski Rusiyanın hücumundan danışdı

74 | 2026-03-14 13:19
A- A+

Rusiyanın gecə ərzində etdiyi genişmiqyaslı hücum nəticəsində Ukraynadakı mülki obyektlərə ziyan dəyib və dörd nəfər həlak olub.

Adalet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” da məlumat verib. 

Onun sözlərinə görə, hücum nəticəsində çoxlu sayda insan yaralanıb. 

Zelenski bildirib ki, 14 mart gecəsi Rusiya ümumilikdə 430-a yaxın müxtəlif tipli dron və 13 ballistik raket də daxil olmaqla 68 raket buraxıb. İlkin məlumatlara görə, Ukrayna hava hücumundan müdafiə sistemləri tərəfindən 58 raket vurulub.

  • Mart:
  • 6

TƏQVİM / ARXİV