Hava şəraiti infarkt riskini artıra bilər
Hava şəraitində baş verən dəyişikliklər miokard infarktı riskini artıra bilər.
Adalet.az xəbər verir ki, bu barədə "Frontiers in Cardiovascular Medicine" jurnalında məlumat dərc olunub.
Alimlər 10 il ərzində Beijing (Çin,- red.) şəhərindəki kardiologiya mərkəzlərindən birində qeydiyyata alınmış 11 527 infarkt xəstəsinin məlumatlarını araşdırıblar. Bu məlumatlar gündəlik meteoroloji göstəricilərlə müqayisə edilib.
Təhlil göstərib ki, infarkt hallarının çox olduğu günlər əsasən aşağı hava temperaturu, temperaturun gün ərzində kəskin dəyişməsi, zəif külək, eləcə də aşağı rütubət və az yağıntı ilə üst-üstə düşür.
Tədqiqatçılar Random Forest maşın öyrənməsi modelindən istifadə edərək infarkt riskinin artması ilə əlaqəli əsas hava parametrlərini müəyyən ediblər. Məlum olub ki, temperaturun gündəlik dəyişməsi ən mühüm amildir və xəstələnmə hallarının artmasına ən güclü təsir göstərir.
Müəlliflərin fikrincə, belə modellər səhiyyə sisteminə ürək-damar xidmətlərinə düşən yükün artacağı dövrləri əvvəlcədən proqnozlaşdırmağa və tibbi resursları daha səmərəli bölüşdürməyə kömək edə bilər.
Alimlər gələcəkdə proqnozların dəqiqliyini artırmaq üçün meteoroloji məlumatları pasiyentlərin yaşı, yanaşı xəstəlikləri və digər fərdi xüsusiyyətləri ilə də birləşdirməyi planlaşdırırlar.
Digər Xəbərlər
17 Aprel 2026 10:13
Türkiyədə “ağıllı” şpris ixtira edildi
14 Aprel 2026 16:14
Bakıda bu özəl klinikanın fəaliyyəti dayandırıldı
14 Aprel 2026 10:39
Uşaqlar üçün transplantasiya daha çətindir
14 Aprel 2026 10:37
13 donor 73 insana həyat verdi - SN açıqladı
13 Aprel 2026 16:22
Həmin uşaqlardan birinin vəziyyəti ağırdır
13 Aprel 2026 15:22
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
13 Aprel 2026 13:04
AQTA-dan idman qidalarının qanunsuz satışı barədə XƏBƏRDARLIQ
10 Aprel 2026 19:03


Bakı -°C

