İranın bu bölgəsində 112 nəfər həlak oldu
ABŞ və İsrailin İranın Kürdüstan bölgəsinə endirdiyi zərbələr nəticəsində ən azı 112 nəfər həlak olub.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Kürdüstan Regional Hökumətinin Fövqəladə Hallar Departamentinin rəhbəri də hücumlarda ən azı 969 nəfərin yaralandığını bildirib.
Rəsmi şəxsin sözlərinə görə, hazırda 27 nəfər adi palatalarda, beş nəfər isə reanimasiya şöbələrindədir.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevraldan bəri İran ərazisinə hücumlar həyata keçirir və bu da dağıntılara və insan tələfatına səbəb olub. Buna cavab olaraq İran İsrailə və ABŞ-nin bölgədəki hərbi bazalarına raket zərbələri endirib. İsrail və ABŞ-nin hücumları nəticəsində İranın ruhani lideri Ayətullah Əli Seyid Xamenei və ölkənin digər yüksək vəzifəli şəxsləri də həlak olub.


Bakı -°C

