Türkiyənin “Beşiktaş” komandası heyətini yeni futbolçu ilə gücləndirir.
Adalet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul nəhəngi Kot-d'İvuardan olan Emmanuel Aqbadu ilə anlaşıb.
Müdafiəçinin transferi ilə bağlı futbolçu və onun hazırda çıxış etdiyi İngiltərənin "Vulverhempton" komandası ilə danışıqları müsbət yekunlaşdırıb.
Emmanuel Aqbadu tibbi müayinədən keçmək və rəsmi müqavilə imzalamaq üçün İstanbula gəlib.


Bakı -°C
