Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılıblar.
Adalet.az xəbər verir ki, məhkəmənin qərarlarına əsasən, 5 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 1 nəfərin işi isə aidiyyəti üzrə başqa məhkəməyə həvalə olunub.
İstintaq orqanının təqdimatları və vəsatətləri təmin edilərək aşağıdakı şəxslər barəsində 4 ay həddində həbs qətimkan tədbiri seçilib:
Əfəndiyev Kamran Səttar oğlu - həbs müddətinin əvvəli: 23 oktyabr 2026-cı il
İsmayılov Mikayıl Vəli oğlu - həbs müddətinin əvvəli: 23 oktyabr 2026-cı il
Dadaşov Ramil Zahir oğlu - həbs müddətinin əvvəli: 23 oktyabr 2026-cı il
Zülfiqarov Həsən Mehman oğlu - həbs müddətinin əvvəli: 23 oktyabr 2026-cı il
Eldarov Eldar Faiq oğlu - həbs müddətinin əvvəli: 24 oktyabr 2026-cı il
Eyni maddələrlə təqsirləndirilən Əli-zadə Əhməd Arzuxan oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat üzrə hakimlərin özü-özünə etiraz ərizələrinə baxılması və materialın başqa məhkəməyə verilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Bakı Apellyasiya Məhkəməsində müvafiq qərar qəbul edilərək material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə həvalə olunub.
Qeyd edək ki, hadisə Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən kafedə baş verib. Kütləvi davada "Ceyhun Sabunçu" kimi tanınan Ceyhun qətlə yetirilib.
Qətli törədib qaçanlar qısa müddətdə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməliyyatçıları tərəfindən saxlanılıblar./Milli.az
16:47
Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə bağlı saxlanılan şəxslər barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.
Adalet.az APA-ya istinadən bildirir ki, hazırda təqdimata Xətai Rayon Məhkəməsində baxılır.
Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb.


Bakı -°C
