adalet.az header logo
  • Bakı -°C

"Azəristiliktəchizat" vermədiyi istiliyin pulun istəyir

107 | 2026-01-26 18:56
A- A+

Hər bir xidmət sahəsinin pulunu ödəmək hamının borcudur.Heç şübhəsiz ki, işığın, qazın, suyun , istiliyin də pulun vermək vacibdir! Amma gərək həmin xidməti göstərəsən.Yəni suyu, işığı , qazı , istiliyi əhaliyə  verəsən.

 Biz həmişə adını çəkdiyimiz bu xidmətlərə görə, pulu ödəmişik və heç birinə borcumuz yoxdur! Ancaq " Azəristiliktəchizat" vermədiyi istiliyə görə ,  bizə  bildiriş  göndərib.Belə ki, Yeni Günəşli yaşayış sahəsi, massiv " D", bina 13, mənzil 26- ya  bu il 55 manat borc gəlib. Hansı ki, bizim evdə  4 radiatordan cəmisi biri yanır, o da çox zəif, amma onlar 4 radiatorun  pulun göndəriblər.

Bu barədə   "Azəristiliktəchizat" ın sahə rəisi Məhəmməd müəllimə və məlum qurumun iqtisadçısı Orxan müəllimə  lazımi məlumatı da vermişik. Məhəmməd müəllim gəlib mənzilimizdə baxış da keçirib.Görüb ki, dediklərimiz öz təsdiqini tapıb. Ancaq Orxan müəllim hələ də bir qərara gəlməyib. Yəni mənzilimizə  verilməyən istiliyə görə , borcumuz silinməyib! 

Onlar ya bizim mənzilimizin hamısına istilik verməlidir, ya da borcumuzu silinməlidir. Sahə rəisi Məhəmməd müəllim deyir ki, zirzəmidəki vintillər və digər avadanlıqlar dəyişdirilməlidir. Bu da 50 manat eləyir. Bəlkə bundan sonra  sizin blokdakı mənzillərə  istilik gələ. Heç belə getsə, bu qış bizim mənzillərə  istilik çox çətin ki, verilə! Amma işlətmədiyimiz istiliyə görə, bizə borc  gəlir!!!

Emil FAİQOĞLU     

TƏQVİM / ARXİV