SOCAR Dünya Bankı ilə yaşıl enerji dəhlizlərini müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Dünya Bankı ilə ədalətli enerji keçidi, iqtisadi cəhətdən səmərəli enerji resursları, yaşıl enerji dəhlizləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Adalet.az SOCAR-a istinadən xəbər verir ki, əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda infrastruktur üzrə direktoru Çarlz Kormier ilə keçirilən görüşdə aparılıb.
Görüşdə SOCAR ilə Dünya Bankı arasında formalaşmış uzunmüddətli əməkdaşlıqdan məmnunluq ifadə olunub, birgə icra olunan layihələrin, o cümlədən Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyəti qeyd olunub. Eləcə də, SOCAR-ın Dünya Bankının "2030-cu ilədək məşəldə rutin yandırılmaların sıfıra endirilməsi" təşəbbüsünün fəal iştirakçılarından olduğu vurğulanıb.
Söhbət zamanı SOCAR-ın qlobal genişlənmə strategiyasına uyğun olaraq həyata keçirdiyi layihələr, dekarbonizasiya hədəfləri, müəssisələrin rəqəmsallaşdırılması üzrə görülən işlər barədə məlumat verilib. Bu xüsusda, "SOCAR Karbamid" zavodunun Dünya İqtisadi Forumunun "Qlobal mayak" Şəbəkəsinə üzv qəbul edildiyi bildirilib.
Digər Xəbərlər
26 Yanvar 2026 12:19
Ağdərə-Kəlalə avtomobil körpüsünün tikintisi bizə nə verəcək? - Açıqlama
26 Yanvar 2026 09:54
Azərbaycanın Ermənistana ötənilki ixracının DƏYƏRİ
26 Yanvar 2026 09:25
Rəqəmlər açıqlandı: Pensiya kapitalı bu qədər artırılacaq
25 Yanvar 2026 08:58


Bakı -°C

