Azərbaycanın 3x3 basketbol yığması Qadın Seriyasının final mərhələsində

343 | 2025-08-31 12:43

Azərbaycanın 3x3 basketbol yığması Qadın Seriyasında 2025-ci il mövsümünün final mərhələsində iştirak edəcək.

Adalet.az Basketbol Federasiyasına istinadən xəbər verir ki, həlledici mərhələ sentyabrın 13–14-də Çinin Şanxay şəhərində keçiriləcək.

Final mərhələsində mövsümün reytinq xallarına əsasən, ən yaxşı nəticə göstərmiş yeddi komanda ilə yanaşı, ev sahibi Çin yığması da mübarizə aparacaq.

TƏQVİM / ARXİV