Asim Xudiyevə UEFA-dan növbəti təyinat

115 | 2025-09-01 17:49

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

Adalet.az xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Belarus - Avstriya görüşünün hakim-inspektoru olacaq.

Oyun sentyabrın 8-də Gürcüstanın Qori şəhərində yerləşən Tengiz Burcanadze adına stadionda baş tutacaq.

TƏQVİM / ARXİV