adalet.az header logo
  • Bakı -°C

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib

73 | 2026-02-03 16:49
A- A+

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib.

Adalet.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, humanitar yardıma 17 ədəd generator, 4 ədəd daşınabilən enerji sistemi və digər enerji avadanlıqları daxildir.

“Azərbaycana hökumətinə, müəssisələrinə, təşkilatlarına və bütün Azərbaycan xalqına Ukraynaya davamlı dəstəyə görə səmimi minnətdarlığı bildirirəm”, - səfir qeyd edib.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.

TƏQVİM / ARXİV