adalet.az header logo
  • Bakı -°C
03 Fevral 2026 18:17
59
DÜNYA
A- A+

Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1441-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Adalet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 670 təyyarəsi, 283 helikopteri, 112 076 PUA-sı, 649 zenit-raket kompleksi, 27 459 tank və digər zirehli texnikası, 1 657 reaktiv yaylım atəş sistemi, 33 021 artilleriya və minaatanı, 53 553 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.