adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7

Aya-Sofiya məsələsi - Mehman Cavadoğlu yazır

MEHMAN CAVADOĞLU
162092 | 2020-07-17 08:15

Aya-Sofiya məbədinin məscidə çevrilməsi ətrafınddauzun sürədir gedən dartışmalar, nəhayət ki, sonuclandı və gözlənilən qərar qəbulolundu. Xatırladaq ki, 324-cü ildə Vizantiya imperatoru I Konstantin tərəfindəntikilən, 1453-cü ildən Sultan Mehmed Fatehin əmriylə məscid kimi istifadə edilənbu kilsə Atatürk dönəmində, konkret desək, 1935-ci ildə muzeyə çevrilmişdi. Məbədiyenidən məscidə çevirən 10 iyun qərarına kimi Aya-Sofiya Topqapı sarayındansonra İstanbulun ən çox ziyarətçi cəlb eləyən və şəhər büdcəsinə xeyli vəsait gətirənmaddi-mədəniyyət abidəsiydi. Xarici turistlərin ölkənin paytaxtına axışmasının ənmühüm səbəblərindən biri də məhz Aya-Sofiyanı – Romadakı məşhur Müqəddəs Pyotrkilsəsinin tikildiyi 16-cı əsrə kimi ən böyük xristian məbədi sayılan bu məşhurkilsəni ziyarət eləmək idi.

İlk dəfə məscid kimi istifadə olunmağabaşlanandan sonra zaman-zaman müsəlman memarlığının minbər, mehrab və s.elementləriylə bəzənən məbəd iki fərqli memarlıq üslubunun ortaq abidəsinəçevrildiyi üçün onun muzey kimi istifadəsi ən düzgün qərar idi. Atatürk əleyhdarlarınınbunu hər addımbaşı onun din düşmənçiliyinə bağlamaq cəhdlərinə rəğmən o heçvaxt din düşməni və dini abidələrin, ilk növbədəsə məscidlərin təqibçisiolmayıb. Haqlı olaraq dini dövlətdən ayıraraq az qala xəritədən silinmək təhlükəsindənxilas elədiyi ölkəsinin gələcək inkişafının düzgün yolunu müəyyənləşdirməkləyanaşı xalqın keçmişinə, ənənələrinə və inancına da sayğıyla yanaşıb, BirinciDünya və İstiqlal savaşlarında zədələnən, dağılan məscidlərin hamısını bərpaetdirib.

Dünyanın heç bir yerində ölkənin yalançı yox,həqiqi xilaskarına qarşı bu qədər ikrahla yanaşan, ona qənim kəsilən, asi çıxanbütöv bir zümrəyə rast gəlmək mümkün deyil. Cümhuriyyət tarixinin bütün dönəmlərindəona bəs deyincə həqarət eləyənlər olsa da, əvvəllər bu cür münasibət qanunla vəfaktiki olaraq cəzalandırıldığı üçün onlar çox əl-ayaq aça bilməyiblər. Ancaqson 20 ildir ki, bu münasibət yarıgizli-yarıaçıq şəkildə ən yüksək hakimiyyəteşalonundan körükləndiyi üçün artıq əndazəsini aşmaqdadır.

Keçmişə hədsiz aludəçilik, tarixi idilləşdirməkləonun əsirinə çevrilmək qədər toplumun inkişafına mane olan nəsə başqa bir şeytapmaq çətindir. Osmanlı imperatorluğu 100 il bundan əvvəl tarixə qovuşub,ancaq bu ölkənin əhalisi hələ də osmanlıçı-cümhuriyyətçi deyə iki yerə bölünərəkbir-birlərinə nifrət edir. Ötən əsrin əvvəllərində Osmanlıyla birgə çökən digərimperatorluqların heç birində bu cür mənasız vətəndaş qarşıdurmasına rast gələbilmək mümkün deyil. Bu osmançıların beş əsr bundan əvvəl məğlub etdikləri Şahİsmayılla davaları belə bu günə kimi bitib qurtarmayıb.

Keçmişə aşırı bağlılıq, onun şanlı səhifələrinibugünkü siyasətin predmetinə çevirmək cəhdi təkcə mütləq hakimiyyət sahiblərininistək və ambisiyalarından qaynaqlanmır, həm də ölkənin real problemlərinin həlliqarşısındakı acizliklərindən irəli gəlir. Xalqın mədəsini doldura bilməyəndəonun hisslərini yemləməkdən yaxşı daha hansı üsul tapmaq olar?!

Bu gün şimal qonşumuzda gedən proseslər dəbunun əyani sübutudur. Putinin ömürlük prezidentliyinə yol açan referendumun rəsmənelan olunan yox, özlərinə məlum olan real nəticələrindən yaranan təşviş hissləriKreml rəsmilərinin üzünü yenidən tarixə döndərdi. Çünki xalqı babalarınınqazandıqları parlaq qələbələrin romantikasıyla doyuzdurmaqla onu real problemlərdənyayındırmağa, bir sözlə, başını qatmağa ehtiyac yaranmışdı.

Ritorika o qədər absurd həddə çatdı ki, indiorda çoxdan cəzalandırılıb qurtarmış ikinci dünya müharibəsi cəlladlarını yenidəncəzalandırmağın, hətta həmin cinayətkalar üçün hüququn "cəza müddətinin ötməsi”prinsipinin ləğvinin vacibliyindən danışırlar. Hazırda sözü gedən müharibəcanilərindən bir kimsənin sağ olub-olmadığını, yəqin ki, heç kim bilmir. Bu məntiqləsabah eyni prinsipin monqol-tatar yürüşünün iştirakçılarına qarşı da tətbiqolunmasına çağırışlar edilsə təəccüblənmək-zad lazım deyil.

Aya-Sofiyanın təkrar məscidləşdiriməsində əsashədəf də adamların hisslərini coşdurmaqla onların diqqətini cari problemlərdənyayındırmaqdır. Son vaxtlar baş verən iqtisadi geriləmə, Qərblə getdikcə pisləşənmünasibətlər, onun fəsadlarını aradan qaldırmağa hesablanmış Şimala dönüşdiplomatiyasının getdikcə daha çox fiaskoya uğraması, bu yandan da iqtisadidurumun pisləşməsi, adamların cibinə birbaşa təsir edən sürətli inflyasiya "İstanbuluqazanan Türkiyəni qazanar” sözünün müəllifini əməlli-başlı təşvişə salıb.

Ərdoğanın artıq özünüömürlük çar elan eləmiş Putindən bir fərqiondadır ki, o, cümhuriyyətin Türkiyəyə gətirdiyi və müsəlman ölkələri üçünmöcüzə hesab olunan demokratik seçki ənənələrinin mövcud olduğu bir dövlətinbaşçısıdır, xalqın dəstəyinə möhtacdır. Son bələdiyyə seçkilərindəki ağır məğlubiyyətdənsonra partiyasında baş vermiş çalxalanmalar, üstəlik, yuxarıda da dediyimizkimi getdikcə pisləşən iqtisadi durum gələcək seçkilərlə bağlı nikbinproqnozlar vəd eləmədiyi üçün indi o, vaxtilə etirazla qarşılaşdığı təşəbbüsləriöz adından gerçəkləşdirməyə başlayıb. Təxminən 10-15 il bundan qabaq ölkədəkidini islahatlardan ruhlanmış bəzi baş bilənlərin Aya-Sofiyanı yenidən məscidəçevirmək çağırışlarına qarşı onun cavabı bilirsiniz necə olmuşdu? "Hələ birSultan Əhməd camisini doldurun, sonra Aya-Sofiyadan danışarsız”.

Türkiyə prezidentinin Rusiyalıhəmkarından fərqi təkcə demokratik seçki amilinin mövcudluğu faktıyla bitmir. "Dövlətçilikideologiyası” adlı yayğın, mahiyyəti heç kimə, hətta özünə də düz-əməlli bəlliolmayan bir ideoloji libasa bürünmüş Putindən fərqli olaraq Ərdoğan konkret vəreal ideologiya daşıyıcısıdır, öz ideoloji prinsiplərini həyata keçirmək onunsiyasi fəaliyyətinin başlıca istiqamətidir. İyirmi illik iqtidarı dövründə o buyolda xeyli işlər görüb, ölkəni keçmişin ab-havasına bürümək sahəsində çox ciddiuğurlara imza atıb.

Ancaq türk toplumu nə qədərmühafizəkar olsa da onu uzun müddət keçmişin xoş illüziyasıyla uydurmaq mümkünolmayacaq. Belə populist addımların gətirdiyi eyforiyanın ömrü çox da uzunsürmür. Demokratik seçki institutlarının formalaşdığı cəmiyyətlərdə toplumun əbədirəhbəri olmaq üçün onun güzəranınıdavamlı olaraq yaxşılaşdırmaq lazımdır. Aya-Sofiyanın yenidən məscidə çevrilməsiningətirdiyi alqışlar bir-iki cümənamazından sonra birdəfəlik kəsiləcək və xalq yenidən öz gündəlikehtiyaclarının dalınca qaçmağa başlayacaq. Odur ki, Ərdoğanın bu addımı niyəseçki kampaniyası ərəfəsində yox, məhz indi atması ciddi suallar doğurur.

O bir siyasətçi kimi özünücümhuriyyətçilərin yox, Osmanlı sultanlarının varisi kimi görür. Osmanlısultanlarısa I Səlimdən üzü bu yana həm də islam xəlifəsi olaraq Abbasilərsülaləsinin möhürünü daşıyıblar, özlərini İslamın müqəddəs məkanlarının hamisivə qoruyucusu sayıblar. Sonradan həmin məkanların sakinləri, eləcə də digər ölkələrdəkiərəblərin hamısı Avropanın yedəyinə qoşularaq tarixin sonuncu müsəlmanimperatorluğunun süqutu üçün əllərindən gələni elədilər. Ərəblərin türk düşmənçiliyibu günə kimi davam eləyir və getdikcə daha da güclənir. Özü də söhbət idarəçiliküsulundan asılı olmayaraq bütün ərəb ölkələrindən gedir. Teokratik Səudiyyəkrallığı da, qismən müasirləşmiş dini monarxiyalar da (Qətər istisna olsa da, oda əvvəl Amerika sonra Türkiyə deyir), kommunist Suriya da, adına cümhuriyyətdeyilən İraq, Misir diktaturaları da, hansı üsuli-idarədə yaşadıqlarından heçözlərinin də xəbəri olmayan Yəmən də heç vaxt Türkiyənin dostu olmayacaq. Osmanlınınvaxtilə qılınc gücünə əldə etdiklərinə diplomatiya və qardaşlıq nağıllarıylanail olmağa cəhd göstərmək sadəlövhlükdən başqa bir şey deyil. Belə bir sevdayadüşüb dünyanın, onsuz da, günbəgün Türkiyədən uzaqlaş(dırıl)an bügünkü qılıncsahibləriylə əlavə problemlər yaratmağa nə ehtiyac var idi?

İlk dəfə orta əsrlərdəkitarixi zəfərin güdazına getmiş Aya-Sofiya bu dəfə yəqin ki, son günlərdəkiLiviya uğurunun yaratdığı eyforiyanın qurbanı oldu. Amma unutmayaq ki,hamımızın qəlbini iftixar hissilə dolduran Liviya qələbəsi əli qılınclılarınsusqun razılığı olmadan gerçəkləşə bilməzdi. Şərqli diplomatlar buna ilanıSeyid Əhməd əliylə tutmaq deyirlər və bir müddətdən sonra Liviyanın hansı düşərgədəqərar tutacağını hamımız açıq-aydın görəcəyik.

Türkiyə hazırda total məscidləşməerasını yaşayır. Hətta bu yaxınlarda ölkə mətbuatında çölün düzündə tikilmişmaraqlı və məzəli bir məscid fotosu dərc olunmuşdu. Məscidi tikən deyirki, gələcəkdə bunun ətrafında təzə kəndsalacaq. Müsəlman dünyasında min illər boyu aralarında dünya memarlığının nadirinciləri də sayılan saysız-hesabsız məscidlər tikilib. Məscidləri digər ibadətyerlərindən fərqləndirən əsas cəhət onarın həm də itaət yeri olmasıdır. Orda adamlaratəkcə Allaha və onun peyğəmbərinə yox, həm də şahlara, sultanlara, bu azmışkimi ruhanilərə necə qul olmaq dərsləri keçilir.

Məscidlər heç vaxt kilsələr kimi həm dəxalqın, ümmətin maraqlarının təmsilçisi olmayıb. Onun maddi-mənəvi sərvətlərininxilaskarı, qoruyucusu rolunu oynamayıb. Qərbin nadir mədəniyyət abidələrininçoxu kilsələrin kitabxanalarında, anbarlarında, zirzəmilərində qorunubsaxlanılıb, bu yolda həyatlarını riskə atan keşişlərin vasitəçiliyi, puluyla müharibələrinamansız cəngindən güc çatan qədər hifz olunub. Məscidlərinsə xalq və vətəndeyilən bir qayğısı, öhdəliyi olmayıb. Dünyanın baş məscidindən üzüaşağıhamısının gəlirləri, sərvəti onu idarəeləyənlərin arasında pay-pürüş edilib. Əmlak adına ən yaxşı halda yerə döşənənxalçalardan başqa heç nəyi olmayıb ki, ara qarışanda da Alllahın evi bir anıniçində düşmən yuvasına çevrilibmiş kimi hərə onu bir yandan talan etməyəbaşlayıb.



TƏQVİM / ARXİV