adalet.az header logo
  • Bakı -°C

Audivizual Şuranın mətbuat katibi işdən çıxdı

162 | 2026-02-17 17:30
A- A+

Audivizual Şuranın Kommunikasiya sektorunun müdiri - qurumun mətbuat katibi Taleh Quliyev tutduğu vəzifəsindən ayrılıb.

Adalet.az xəbər verir ki, o bu məlumatı Modern.az-a açıqlamasında təsdiqləyib.  

Qeyd edək ki, Taleh Quliyevin yaxın günlərdə dövlət qurumlarından birində yeni vəzifədə fəaliyyətə başlayacağı gözlənilir.

Xatırladaq ki, Taleh Quliyev 2024-cü il iyun ayında Şuranın Kommunikasiya sektorunun müdiri təyin edilib.

O, daha əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində və AZƏRTAC-da çalışıb.

TƏQVİM / ARXİV