Ultra yüksək tutumlu şəbəkələrlə bağlı qanun layihəsi hazırlandı
Azərbaycanda ultra yüksək tutumlu şəbəkələrin yaradılmasının və genişləndirilməsinin asanlaşdırılması və təşviq edilməsi üzrə qanun lahiyəsi hazırlanıb.
Bu barədə Adalet.az-a İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib.
Belə ki, “Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Kommunal xidmətlər (internet)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşdirmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi”nin 1.1.3-cü yarımbəndinə əsasən, fiziki infrastruktura malik telekommunikasiya, kommunal və digər xidmət operatorlarının fiziki infrastrukturlarından birgə istifadənin tənzimlənməsi, habelə dövlət mülkiyyətində olan infrastruktur obyektlərinə bərabər girişin təmin edilməsi ilə bağlı hüquqi çərçivənin formalaşdırılması və normativ hüquqi akt layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi, “kommunal xidmətlərə qoşulma üzrə normativ hüquqi baza” alt komponenti üzrə görüləcək tədbir kimi müəyyən olunub. Bu istiqamətdə Agentlik tərəfindən Qanun layihəsi hazırlanıb və aidiyyəti üzrə təqdim edilib.
Layihənin əsas məqsədi, mövcud fiziki infrastrukturdan birgə istifadəni təşviq etməklə və yeni fiziki infrastrukturun daha səmərəli şəkildə yaradılmasına şərait yaratmaqla ultra yüksək tutumlu şəbəkələrin yaradılmasının və genişləndirilməsinin asanlaşdırılması və təşviq edilməsini, inzibati prosesləri sadələşdirilməsi və bu proseslərin rəqəmsallaşdırılmasından ibarətdir. Bu çərçivə, rəqəmsal texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsi üçün normativ hüquqi bazanın inkişaf etdirilməsi, rəqabətədavamlı və inklüziv rəqəmsal iqtisadiyyatın təşviq edilməsi, həmçinin, 5G texnologiyası da daxil olmaqla yüksəksürətli mobil internet xidmətlərinin əhatəsini artırmaqla hər regionda yüksək keyfiyyətli rəqəmsallaşmağa nail olmaq məqsədini daşıyır.
Digər Xəbərlər
13 Sentyabr 2026 13:20
Sabah 33 dərəcə isti olacaq
13 Sentyabr 2026 10:08
Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!
12 Sentyabr 2026 17:24
Anar Bağırov Moldovada Vəkil Günü tədbirlərində iştirak edib
12 Sentyabr 2026 15:54
"Şuşaya vurulmuşam" - Səfir
12 Sentyabr 2026 15:29
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksini ziyarət etdilər - FOTOLAR
12 Sentyabr 2026 15:26
Hikmət Hacıyev erməni saxtakarlığını belə İFŞA ETDİ - VİDEO
12 Sentyabr 2026 12:30
Sabah 33 dərəcə isti olacaq
12 Sentyabr 2026 12:18


Bakı -°C

