Adını unutduğum bir alman filosofu başını daşa döyüb yazıb ki, «Allah yer üzünü yaradanda Azərbaycanı cənnət yaratdı. Sonra qorxdu ki, hamı qaçıb Azərbaycana gedəcək, ona görə də hər kəsə öz vətənini şirin elədi».
İndi fikirləşin, sabah Operativ Qərargah qərar çıxartdı, sərhədləri açdı, aləm dəyəcək bir-birinə. İlan mələməz səhralarda yaşayan, hər gün yanacağın, qazın (yeməli qazın yox ey, yandırılan qazın), enerjinin və qida məhsullarının qiyməti durmadan artan avropalılar, siklonların meydan suladığı, burulğanların şəhər və kəndləri dağıtdığı, fırtınaların baş verdiyi Amerikada yaşayanlar, 50-60 dərəcə istidə bürküdən nəfəs ala bilməyən ərəblər hamısı qaçıb töküləcək Azərbaycana. Hələ mən İranda yaşayan azərbaycanlıları və farsları demirəm. Arağına bol, çaxırına bol, maşallah, şərab zavodlarımız beşillik planı üç ildə yerinə yetiriblər, hamısı sıçrayıb sərhədi aşıb gələcəklər Azərbaycana.
Bir tərəfdən də Ukraynada Rusiya bombalarının altında yaşayanlar, evləri-eşikləri dağılanlar bilirlər ki, biz qonaqpərvərik və Azərbaycan da cənnətdir onlar da üz tutacaq ölkəmizə.
Ona görə də məcburuq sərhədlərimizi bağlamağa. Hələ imkanımız olsa, dənizin qırağını hasarladığımız kimi, sərhədlərimizi də hasarlayarıq.
Yazarın digər yazarlar
MİLÇƏK BİR ŞEY DEYİL, AMMA ERMƏNİ KİMİ KÖNÜL BULANDIRIR - Aqil ABBAS yazır
BİRLƏŞMİŞ MİLLƏTLƏR ÇAYXANASI… - Aqil ABBAS yazır
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - SON
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… (Sonuncudan əvvəlki)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - XII (DAVAMI)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - XI (DAVAMI)
Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… - X (DAVAMI)


Bakı -°C
