adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Aqil ABBAS: GÖRƏN, ERMƏNİ ÇOX OLAR, YOXSA URUS?

AQİL ABBAS
673 | 2022-02-03 15:11

İkinci Dünya Müharibəsində Azərbaycanın əhalisi 2 milyon 300 min nəfər olub. Statistikaya görə, 600 min nəfər bu müharibədə iştirak edib, 400 minə yaxın azərbaycanlı da döyüşlərdə həlak olub.

Bundan başqa, 2 Azərbaycan diviziyası yaradılıb ki, biri də 416 nömrəli «Taqanroq diviziyası» idi. Bu diviziyalar demək olar ki, tamamilə azərbaycanlılardan ibarət idi, qırıldıqca da yenə yerləri bizlərlə doldurulurdu.

Görkəmli yazıçımız İsa Muğanna gərək ki, «İdeal» əsərindədi, bu diviziyaları belə adlandırırdı: «QIRILAN DİVİZİYANIN QIRILAN OĞULLARI». Sovet hökuməti vaxtı bu diviziyaları belə adlandırmaq böyük cəsarət tələb edirdi.

Bunu niyə yazıram? Rusiyanın müharibə haqqında çəkdiyi filmlərə baxırıq, elə bil heç biz yoxuymuşuq. Elə bil ən cavan Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədov yoxuymuş, Qafur Məmmədov yoxuymuş, alman tanklarının qənimi general Həzi Aslanov yoxuymuş, Ziya Bünyadov yoxuymuş, İsrafil Məmmədov onun kimi və sair və ilaxır.

Alman faşizminə qarşı ruslarla çiyin-çiyinə döyüşən ermənilər və gürcülər imiş, xala-xətrin qalmasın deyə, arada gözünə özbək də qatırlar.

Və hazırda çəkdikləri seriallarda və filmlərdə mütləq qəhrəmanlardan biri ermənidi. Hərdən bizim də adımız çəkilir, o da quldur kimi, mafioz kimi, bazar adamı kimi.

Və ən maraqlısı budur ki, bəzi filmlərdə erməni obrazı olmayanda da mütləq görəcəksiniz ki, ən azı telefon danışığında deyilir:

- Ruben necədi, salam deyərsiz. Aşota hədiyyə göndərmişdim alıb?

Və sair və ilaxır.

Görəsən, rusların erməni sevgisi hardan qaynaqlanır və bu sevgi bitib-tükənmir.

Universitetdə oxuyarkən bir müəllimimiz vardı, Yerevan Dövlət Universitetinin erməni bölməsini bitirmişdi. Bütün ömrünü də türkçülüyə həsr etmişdi. Gənc yaşlarında da «Ararat» komandasında oynamışdı, sonra vurub qılçını qırmışdılar, diz qapağını çıxarmışdılar, ona görə də ömrünün axırınadək axsayırdı. Bu məşhur türkoloq Mirəli Seyidov idi, yeri cənnət olsun.

Deyərdi, ermənilər Moskva universitetlərinə, xüsusilə də Beynəlxalq Əlaqələr İnstitutuna seçib ən gözəl qızlarını göndərirlər. Və tapşırıq da verilir ki, ruslarla, ümumiyyətlə, xristian xalqlarına ərə gedin. Ondan doğacağınız uşaq erməni xalqına qulluq edəcək, əriniz də həmçinin.

Sonra da deyərdi ki, bu millət belə millətdi.

Və illər göstərdi ki, Mirəli Seyidov nə qədər haqlıymış. Əslində ermənilər bu siyasəti Azərbaycanda da həyata keçirirdilər. Rusiyada da, Azərbaycanda da pul yığıb qızlarını verdikləri oğlanları yüksək vəzifələrə irəli çəkdirirdilər. Və onlar da erməni xalqına qulluq edirdi.

Nə isə. Bir gün ruslar ayılacaq ki, bütün əsərlərinin qəhrəmanı ermənidi, onlar ikinci dərəcəli xalqdı. Onda da gec olacaq.

TƏQVİM / ARXİV