adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Aqil ABBAS: BATMANQILINC

AQİL ABBAS
2102 | 2022-01-18 13:10

DEDİM «ŞUŞA İLİ»NDƏ QARABAĞ TARİXİNİ BİR DƏ YADA SALAQ

Bu gündən başlayaraq Qarabağ tarixindən bəhs edən «Batmanqılınc» romanımdan müəyyən parçaları oxuculara yenidən çatdırıram. Bu da mənim «Şuşa ili»nə töhfəm olsun.

 

 

BATMANQILINC

 

Müəllifdən

 

Ba­yat ad­lı bir kənd­də do­ğul­mu­şam. Bü­tün ulu ba­ba­la­rım da o kənd­də do­ğu­lub və mə­zar­la­rı da kən­din qə­bi­ris­tan­lı­ğın­da­dı. Hə­min qə­bi­ris­tan­lı­ğın iki min­mi, üç min­mi ya­şı var - də­qiq bi­lən­lər ora­nın ar­tıq tor­pa­ğa çev­ril­miş ilk sa­kin­lə­ri­di.

Kən­di­miz­də bir qa­la var­dı. Pə­nah xa­nın qa­la­sı de­yər­di­lər. Və biz uşaq­lıq­da o qa­la di­var­la­rı­nın üs­tün­də da­va-­da­va oy­na­yar­dıq. Bir gün əmi­lər hə­min qa­la­nı sök­dü­lər, özü də elə tə­miz, elə gö­zəl sök­dü­lər ki, in­di heç bir ar­xe­o­loq ha­çan­sa bu yer­lər­də qa­la ol­du­ğu­nu sü­but elə­yə bil­məz.

Qa­la sö­kü­lən­də ha­mı ta­ma­şa­sı­na yı­ğıl­mış­dı. Mən də nə­nə­min ətə­yin­dən ya­pı­şıb ba­xır­dım. Bir də gör­düm ki, Əs­mət nə­nəm göz yaş­la­rı içə­ri­sin­də qa­la­nı sö­kən­lə­ri lə­nət­lə­yir:

- Bu qa­la­nı ni­yə sö­kür­süz, ay ba­la? Onu si­zin ba­ba­lar tik­miş­di axı? On­la­rın ru­hun­dan qor­xun. Bu qa­la Qa­ca­ra can ver­mə­yən qa­lay­dı! Ay si­zin əli­niz qu­ru­sun!

Qa­ca­ra can ver­mə­yən qa­la­nın ca­nı­nı Pə­nah xa­nın öz ya­dı­cı­la­rı (nə­və­lə­ri yox, nə­ti­cə­lə­ri yox, kö­tü­cə­lə­ri yox, iti­cə­lə­ri yox, ya­dı­cı­la­rı - məhz ya­dı­cı­la­rı) elə gö­zəl al­dı­lar ki!

Biz uşaq idik, o qa­la­nı kim tik­miş­di və ni­yə tik­miş­di - ve­ci­mi­zə de­yil­di, bi­zə da­va-­da­va oy­na­ma­ğa bir yer la­zım idi və biz də da­va-­da­va oy­na­ma­ğa baş­qa bir yer də tap­dıq. Am­ma Əs­mət nə­nəm ki, hər­dən ge­dər­di o qa­la­nı do­la­şar­dı, üzü­nü daş­la­ra sür­tüb ağı de­yər­di, da­ha üzü­nü sürt­mə­yə yer tap­ma­dı. Və gün­lə­rin bi­rin­də nə­nəm elə o qa­la­nı sö­kən­lə­rə qar­ğış tö­kə-­tö­kə də bu qa­la­nı sö­kən­lə­rin dün­ya­sın­dan köç­dü get­di o qa­la­nı ti­kən­lə­rin dün­ya­sı­na.

Bö­yü­dük­cə qa­la­nın xa­ra­ba­lıq­la­rı doğ­ma­la­şır­dı və gün­lə­rin bi­rin­də qəf­lə­tən mə­nə elə gəl­di ki, o qa­la­nı mən tik­miş­dim.

Hər şey ya­dı­ma dü­şür, am­ma qı­rıq-­qı­rıq. Qa­la­nın ti­kin­ti­si də, hə­min qa­la­nın bür­cün­dən Ha­cı Çə­lə­bi­nin qo­şu­nu­na ox at­ma­ğım da, Pə­nah xan da, İb­ra­him xan da, Məm­məd bəy Ca­van­şir Bat­man­qı­lınc da! Ha­mı­sı dü­şür ya­dı­ma, Qa­ca­rın uc­suz-­bu­caq­sız qo­şu­nu da! At­la­rın də­li kiş­nər­ti­lə­ri qu­la­ğım­da­dı. Kən­di­mi­zin üs­tün­də Məm­məd bəy Bat­man­qı­lınc­la Qa­ca­rın son və qə­ti dö­yü­şü­nü də xa­tır­la­yı­ram. Mən hə­min dö­yüş­də atın al­tın­da qal­mış­dım, qı­lınc sağ çiy­ni­mi par­ça­la­mış­dı, buğ­la­na-­buğ­la­na axan qa­nı­mın ət­rin­dən ya­vaş-­ya­vaş uyu­yur­dum. Ha­mı­sı dü­şür ya­dı­ma - am­ma qı­rıq-­qı­rıq, tək­cə har­da öl­dü­yüm­dən sa­va­yı. Bir qı­zıl ox uçur­du mə­nə sa­rı -o da ya­dım­da­dı, son­ra­sı ya­dım­da de­yil. Bir də o ya­dım­da­dı ki, si­nə­mə nə isə dəy­di. Nə?! Bil­mi­rəm. Am­ma ağ­rı­sı­nı in­di də hiss elə­yi­rəm.

Bir gün özü­mə söz ver­dim ki, ya­dı­ma dü­şən­lə­ri ya­zım, nə qə­dər ça­lış­dım,­bir mun­cuq bo­yu dü­zə bil­mə­dim. Bu nə ta­rix­di, nə də na­ğıl! Ya­dı­ma dü­şən­lər­di. Ne­cə ya­dı­ma dü­şür­dü­sə - qı­rıq-­qı­rıq, elə­cə də yaz­dım - qı­rıq-­qı­rıq.

Özüm tik­di­yim qa­la­nı, özüm qo­ru­yub sax­la­ya bil­mə­dim, hət­ta özüm uçurt­dum.

Heç ol­ma­sa mə­nim­lə çi­yin-­çi­yi­nə o qa­la­nı ti­kən­lə­rin, ça­taq-­ça­taq bağ­la­nıb di­ri-­di­ri Qa­ca­rın at­lı­la­rı­nın aya­ğı al­tı­na dö­şə­dil­miş və üst­lə­rin­dən min­lər­lə at keç­dik­dən son­ra tor­pa­ğa qa­rış­mış qar­daş­la­rı­mın, ba­şı ni­zə­yə ke­çi­ril­miş Və­li ağa­nın, xa­in­cə­si­nə qıy­ma-­qıy­ma doğ­ran­mış Məm­məd bəy Ca­van­şir Bat­man­qı­lın­cın və da­ha kim­lə­rin ad­la­rı­nı ya­şat­maq is­tə­dim. Bəl­kə, kim bi­lir, on­da qa­la­nı ti­kən mən, qa­la­nı sö­kən mə­ni ba­ğış­la­dı.

Bəl­kə, han­sı nə­sil­də­sə, kö­tü­cə­lə­rin öv­lad­la­rı ulu ba­ba­la­rı­na oğul ol­du­lar - ya­dı­ca yox!

 

***

(Yu­sif Və­zir Çə­mən­zə­min­li­nin ru­hu­na)

 

Üz­bə­üz da­yan­mış min­lər­lə at qə­zə­bin­dən fın­xı­ra-­fın­xı­ra brun­la­rın­dan od püs­kü­rür, dır­naq­la­rıy­la tor­pa­ğı cır­maq­la­yır, ci­lov gə­mi­rə­rək yer­nən-­göy­nə­nə əl­lə­şir­di. İgid­lər bu qə­zəb­lən­miş at­la­rın ba­şı­nı bu­rax­maq üçün bir hi­mə bənd idi­lər. Qı­lınc­lar sıy­rıl­mış­dı və baş kəs­mək­dən öt­rü ölür­dü. İn­san­la­rın için­də­ki kin-­kü­du­rət püs­kü­rüb çıx­mış­dı üz-­göz­lə­ri­nə və sir-­si­fət­lə­rin­də bir­cə dam­cı da in­saf de­yi­lən şey qal­ma­mış­dı, adam si­fə­tin­dən çıx­mış­dı­lar, ya­ra­lı ac qurd­lar ki­mi qa­na ye­rik­lə­yir­di­lər və hə­min qan qay­na­ma­ğa baş­la­dı­ğın­dan da­mar­la­ra sığ­mır­dı. Bu qay­na­yan qan igid­lə­ri cu­şa gə­ti­rib da­ha cə­sa­rət­li, qorx­maz edir­di, am­ma elə­lə­ri də var­dı ki, qa­nı qay­na­dıq­ca bə­niz­lə­ri so­lur, göz­lə­rin­də işıq ölə­zi­yib itir, əl­-a­yaq­la­rı əsir­di - bir söz­lə, on­lar dö­yüş­süz-­fi­lan­sız öl­müş­dü­lər.

Ci­lov gə­mir­mək­dən əng­lə­rin­dən qan axan at­lar­dan bi­ri var gü­cü ilə kiş­nə­di. Elə bil min­lər­lə at bu də­li kiş­nər­ti­ni göz­lə­yir­miş - ver­di­lər səs-­sə­sə. Bu dəh­şət­li kiş­nər­ti­dən sək­sə­nən ağac­lar qu­ru­du, ot­lar qu­ru­du, quş­lar qa­nad sal­dı, tor­pa­ğın bağ­rı ya­rıl­dı.

Bu kiş­nər­ti ba­yaq­dan göz­lə­nən him ol­du - at­la­rın ba­şı­nı bu­rax­dı­lar. Hər iki düş­mən ey­ni gö­yü, ey­ni tan­rı­nı, ey­ni pey­ğəm­bə­ri, ey­ni tor­pa­ğı kö­mə­yə ça­ğı­rıb zor ver­di qı­lın­ca.

At­la­rın çı­xar­dıq­la­rı səs da­ha kiş­nər­ti de­yil, dəh­şə­tə gəl­miş hey­van nə­ril­ti­lə­riy­di, in­san­dan da be­tər vəh­şi­ləş­miş­di­lər qa­baq­la­rı­na ke­çən can­lı hər nə var­dı di­dib-­par­ça­la­yır­dı­lar. Yer­dən fış­qı­ran qan göy üzü­nü qıp­qır­mı­zı elə­miş­di və göy­dən də ya­ğış əvə­zi­nə qan ya­ğır­dı. Qı­lınc­lar ömür­lə­rin­də be­lə kef gör­mə­miş­di- kə­sir­di­lər, doğ­ru­yur­du­lar, de­şik-­de­şik elə­yir­di­lər. Kə­si­lən­lər, doğ­ra­nan­lar at­la­rın ayaq­la­rı al­tın­da qa­lıb par­ça-­par­ça olur, can ver­mək­də olan­lar ölən­lə­rə hə­səd­lə ba­xır­dı­lar. Qə­fil­dən ölüb bu dəh­şə­ti gör­mə­yən­lər dün­ya­nın ən xoş­bəxt­lə­riy­di. Sağ qa­lan­lar üçün­sə hər şey yu­xu ki­miy­di, ölüm o qə­dər adi­ləş­miş­di ki, da­ha onun iş­gən­cə­li qor­xu­su ilə de­yil, da­ha çox öl­dür­mək eş­qiy­lə çar­pı­şır­dı­lar. Tan­rı yox idi, əgər var­dı­sa da in­sa­nın önün­də cı­lız­laş­mış­dı. İn­san­lar onun ira­də­sin­dən kə­nar­day­dı­lar.

Ana­lar Tan­rı­ya üz tu­tub diz çök­müş­dü­lər, ba­cı­lar, gə­lin­lər diz çök­müş­dü­lər, dün­ya diz çök­müş­dü. Tan­rı isə yox idi. Var­dı­sa da kar idi, kor idi...

Bu qır­ğı­nı heç kim, heç kim, heç bir bən­də, heç bir tan­rı sax­la­ya bil­məz­di, tək­cə uca bir tə­pə­nin üs­tə çı­xıb acı qəh­qə­hə­lər­lə bu qır­ğı­nı mü­şa­yi­ət elə­yən­dən baş­qa. Tan­rı o idi, o idi yer üzü­nün əş­rə­fi - qəh­qə­hə çə­kir­di. Al­lah­lıq eş­qi­nə düş­müş­dü. Al­lah­lıq eş­qi­nə düş­müş bən­də­nin də al­lah­lı­ğı elə be­lə ol­ma­lıy­dı - ona gö­rə dün­ya kəl­lə-­ma­yal­laq da­yan­mış­dı.

Bir gö­yün al­tın­da bir ana­dan do­ğu­lan­lar, bir ki­şi­nin be­lin­dən gə­lən­lər idi bu bir-­bir­lə­ri­nin qa­nı­na ye­rik­lə­yən­lər, qı­rıb-­qı­rı­lan­lar. Qar­daş qar­da­şı qı­lınc­la­yır­dı, qar­daş qar­daş ba­la­sı­nı ləz­zət­lə ni­zə­yə ke­çi­rir­di, do­ğul­du­ğu oda­ya od vu­rur­du.

***

... Dün­ya­ya bir qa­tı zül­mət çök­müş­dü və bu qa­tı zül­mət uc­suz-­bu­caq­sız çöl­lə­rə sə­pə­lən­miş in­san və at cə­səd­lə­ri­ni gö­rün­məz elə­miş­di. Har­dan­sa qan iyi­nə bir sü­rü Qurd gəl­miş­di və cə­səd­lə­rin ara­sın­da do­la­şır­dı­lar. Do­la­şa-­do­la­şa buğ­la­nan qa­nı iy­lə­yir­di­lər, iy­lə­di­lər, iy­lə­di­lər və baş­la­dı­lar üz­lə­ri­ni Tan­rı­ya tu­tub uzun­-u­za­dı ula­ma­ğa...

Tan­rı isə yox idi, var­dı­sa da kar idi, kor idi...

 

TƏQVİM / ARXİV