Zakir Həsənov "Birlik - 2025" təlimində iştirak edən heyətlə görüşüb - VİDEO

Özbəkistanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov "Birlik - 2025" birgə regional təlimində ölkəmizi təmsil edən hərbi qulluqçularla görüşüb.
Adalet.az xəbər verir ki. keçirilən təlimin ölkələrimiz arasında birgə regional fəaliyyətin effektivliyinə təsirini xüsusi vurğulayan müdafiə naziri təlimdə yüksək peşəkarlıq və bacarıq nümayiş etdirən Azərbaycan Ordusunun komando və PUA heyətlərinin döyüş hazırlığını yüksək qiymətləndirib.
General-polkovnik Z.Həsənov bu cür birgə təlimlərin ordularımızın yüksək döyüş qabiliyyətinin göstəricisi olduğunu bildirib.
Nazir təlim iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayaraq "Birlik - 2025" birgə regional təliminin yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu ifadə edib.
Digər Xəbərlər

Azərbaycan və İran nümayəndələri bəzi məsələləri müzakirə etdilər

Tokayevdən İlham Əliyevə hədiyyə - VİDEO

Ekspert: “Məsuliyyətsizlik faciə ilə nəticələnir”

AQİL ABBAS HİNDARXDA SEÇİCİLƏRLƏ GÖRÜŞDÜ - FOTOLAR

Astanada “Orta dəhlizin inkişafı” birgə layihəsi təqdim edildi - FOTOLAR

Ramiz Mehdiyevin kürəkəni danışdı - VİDEO

DYP-dən körpə uşaqla avtomobil idarə edən sürücülərə müraciət
