Ançelotti rəsmən Braziliya millisində

99 | 2025-05-12 18:50

Futbol üzrə Braziliya millisinin yeni baş məşqçisi rəsmən açıqlanıb.

Adalet.az Braziliya Futbol Konfederasiyasına (CBF) istinadən xəbər verir ki, yığmanı Karlo Ançelotti çalışdıracaq.

Qeyd edək ki, 65 yaşlı italiyalı mütəxəssisin mövsüm sonunda Madrid “Real”ından ayrılacağı ehtimal olunurdu.

TƏQVİM / ARXİV