Tramp tarixi görüşdə İstanbulda olmağı düşünür

ABŞ prezidenti Donald Tramp cümə axşamı İstanbulda keçiriləcək Rusiya-Ukrayna görüşündən danışıb.
Adalet.az xəbər verir ki, Tramp özünün də həmin görüşdə iştirak etmək üçün İstanbula getməyi düşündüyünü deyib.
"O an harada olacağımı bilmirəm. Yaxın Şərqdə bir yerdə olacağam, amma faydalı olacağını düşünsəm İstanbula uça bilərəm. Çoxlu görüşlərim var, amma həqiqətən, ora getməyi fikirləşirəm. Prezident Ərdoğan əla ev sahibliyi edəcək. Məncə, Putin və Zelenski də orada olacaq.
Prezident Ərdoğanla Suriya ilə bağlı bəzi məsələlər üzərində də işləyirik və bu arada sanksiyalarla bağlı qərar verməli olacağıq. Suriyaya qarşı sanksiyaları ləğv edə bilərik", - deyə Tramp açıqlamalarında bildirib.
Digər Xəbərlər

Türkiyədə yanğınsöndürən təyyarə qəzaya uğrayıb

İranın nüvə reaktoru belə vuruldu - VİDEO + YENİLƏNİB

İran İsraildə sabiq nazirin evini vurdu - VİDEO

Rusiya Almaniya ilə hərbi əməkdaşlıq sazişindən çıxacaq

Rusiya Almaniya ilə hərbi-texniki əməkdaşlıq haqqında sazişdən çıxır

İstanbulda İƏT-in XİN Şurasının 51-ci sessiyası keçiriləcək

Peskov: ABŞ-nin müdaxiləsi müharibəni genişləndirə bilər
