adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Ali Radanın komitə sədrinin müavini: “Azərbaycana Ukrayna dövləti adından təşəkkür edirəm”

259 | 2024-04-29 12:42

“Ölkəm adından Azərbaycana çətin gündə Ukrayna xalqını unutmadığına və humanist əlini uzatdığına görə təşəkkür edirəm”.

Adalet.az xəbər verir ki, bu sözləri Ukrayna parlamentinin hakim “Xalqın xidmətçisi” Partiyasından olan deputatı, Aqrar siyasət komitəsinin sədr müavini Stepan Çernyavski bildirib.

Onun sözlərinə görə, Azərbaycan xalqını, dövlətini mədəni və sağlam şüurlu insanlar olaraq daim salamlayırlar.

“Mən Azərbaycan dövlətinə və xalqına Ukrayna xalqını humanistcəsinə başa düşdüyünə və yardım göstərdiyinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm”, - deyə deputat əlavə edib./report

TƏQVİM / ARXİV