ABŞ və müttəfiqləri Hörmüz boğazında gəmiçiliyin bərpası yolunda İranın dəniz qüvvələrinə və dronlarına hücum etmək üçün A-10 hücum təyyarələri və "Apache" helikopterləri də daxil olmaqla zərbə qüvvələri yerləşdiriblər.
Adalet.az xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti ABŞ hərbi rəsmilərinə istinadən yazıb.
Məlumata görə, A-10 təyyarələri boğazda sürət gəmilərinə zərbələr endirir, "Apache" helikopterləri isə İranın bölgədəki gəmilərə və infrastruktura hücum etmək üçün istifadə etdiyi iddia edilən dronları məhv etməyə kömək edir.
"A-10 təyyarələri artıq cənuba yerləşdirilib və Hörmüz boğazında sürətli hücum gəmilərinə zərbələr endirir. "Apache"lər" də əməliyyata qoşulub", - deyə ABŞ Birgə Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn qeyd edib.


Bakı -°C
