adalet.az header logo
  • Bakı -°C

Tramp NATO ölkələrini qorxaq adlandırdı

87 | 2026-03-20 19:26
A- A+

ABŞ və İsrailin hücumlarına cavab olaraq İran Körfəz ölkələrindəki ABŞ bazalarına zərbələr endirib və Hörmüz boğazını bağlayıb.  Bu vəziyyət bütün dünyaya mənfi təsir göstərib, xüsusən də Brent markalı neftin qiymətinin artmasına səbəb olub. 

Adalet.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranın bağladığı Hörmüz boğazını yenidən açmaq üçün digər ölkələrin köməyinə ehtiyacı olduğunu bildirib.

ABŞ prezidenti bildirib ki, "Biz İranla sövdələşmə apardıq, amma Hörmüz boğazı üçün köməyə ehtiyacımız var. Bir çox ölkə yolda olduğunu bildirib".

NATO-nun baş katibi Mark Rutte isə ABŞ prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı mesajlarından sonra NATO-nun Hörmüz məsələsi üzərində işlədiyini açıqlayıb:

"Biz Hörmüz üçün çalışırıq. Müttəfiqlər Hörmüz boğazının yenidən açılması ilə bağlı danışıqlar aparırlar".

ABŞ prezidenti Donald Tramp bu gün NATO-nu hədəf alan yeni bir açıqlama verib.  O, "Truth Social"da  "NATO ABŞ-sız kağız pələngdir! Onlar nüvə enerjisinə malik İranı dayandırmaq üçün mübarizəyə qoşulmaq istəmədilər", - mesajını yayımlayıb. 

Amerika liderinin bu açıqlaması dünya mediasının diqqətini çəkib.

  • Fevral:
  • 27

TƏQVİM / ARXİV