adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

ABŞ geri çəkilir? -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1093 | 2023-02-21 12:00

ABŞ -ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Berns yanvar ayında gizli olaraq Ukrayna prezidenti Volodimir Zelenskiynən görüşüb. Ukraynanın iki yüksək çinli məmurlarına istinadən Poltico mətbu orqanı gizli görüşün təfərrüatını paylaşaraq bildirib ki,  Berns Zelenskiyə döyüş meydanında tezliklə nailiyyətlər əldə edtməyin yollarını izah edib və xəbərdarlıq edib ki, yoxsa Qərb hərbi dəstəyini azalda bilər.

 Bernsin xəbərdarlığı, ABŞ Konqressinin nümayəndələr palatasında çoxluq təşkil edən Respublikaçıların Ukraynaya yardımların azaldılması ilə bağlı proqnozlara əsasən edilib. Zelenskinin müşavirlərindən biri Politicoyla söhbətində bildirib ki, Ukrayna prezidenti Co Bayden və administrasiyası Konqressin qərarından bəhanə kimi istifadə edərək, hərbi yardımları ümumiyyətlə dayandıra bilərlər. 

 Bununla yansşı, Bu günlərdə Kiyevi ziyarət edən Co Bayden  söz verib ki, Ukraynaya göndərilən hərbi yardımların həcmini 500 milyon dollaradək artıracaq.

  Nə demək olar? ABŞ elə bir qarışıq ölkədir ki, demokratiyanın hardan başlayıb, harda qurtaracağını heç özləri də bilmir. İndi Co Baydendi də, söz verib, beh verməyib ki. Sabah "demokratik dəyərləri" bəhanə edərək Konqressin qərarından çıxa bilmədiyini bəhanə gətirə bilər.

 

TƏQVİM / ARXİV