adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

22 yaşlı oğlan 34 yaşlı qadının üzərinə benzin töküb yandırdı - Azərbaycanda DƏHŞƏT

1281 | 2024-04-19 15:15

Tovuz rayonunda qadının üzərinə benzin tökülərək yandırılıb.

Adalet.az-ın məlumatına görə, 2002-ci il təvəllüdlü rayon sakini, Röyal Tağıyev 1990-cı il təvəllüdlü Şəmkir rayon sakini Türkanə Məmmədovanın üzərinə benzin tökərək yandırıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, hadisə nəticəsində T. Məmmədovanın bədəninin 70-80 faizi 3A dərəcəli yanıq xəsarəti aldığından o, Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya aparılıb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb./unikal

  • May:
  • 3

TƏQVİM / ARXİV