adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Fars diplomatına TüRK cavabı

53723 | 2012-02-17 11:15
Qəribə zamandı. Nə qədər istəyirsən ki, başını aşağı salıb, öz işinlə məşğul olasan, alınmır. Neçə vaxtdı, köşə-zad yazmıram. Həm də ona görə ki, pulu-parası olmayan qəzetlərə pulsuz köşə yazmaqdansa, hansısa idarə müdirinə axmaqcasına çıxış yazmaq daha sərfəli və faydalıdır. Amma hərdən elə xəbərlər eşidirəm ki, yazı sifariş verən idarə müdirinə də söyüb, qonorarsız köşə yazmağı pul qazanmaqdan daha üstün tuturam. Sağ olsun, İranın diplomatik xidməti, çünki o səfeh bəyanatlar verməsəydi, bəndəniz də bu köşəni qələmə almazdı.
   
   İndi keçək, birbaşa mətləbə. Deməli, İran İslam Respublikasının Xarici İşlər Naziri ABŞ, Türkiyə, İsrail haqda verdiyi notalardan bezib üzünü tutub bizə. Onlara elə gəlib ki, guya Azərbaycan Respublikasının hakimiyyətini hədələyib. Hadisə isə vaqe olub, adına Tehran deyilən şəhərdə.
   
   Gözümüzə dönmüş (gözünə döndüyüm yazmayacaqdım ki...) İran Xarici İşlər Nazirliyi ekstaza gələrək Azərbaycana etiraz notası təqdim edib. Bununla bağlı Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov İranın Xarici İşlər Nazirliyinə çağırılıb və səfirə İran tərəfinin etiraz notası təqdim olunub.
   
   Məlumata görə, notada Azərbaycan respublikasının İsrailin kəşfiyyat xidməti olan MOSSAD təşkilatına ölkə ərazisində İranın əleyhinə fəaliyyət göstərməsi, İranın nüvə aliminin qətlində əli olan terrorçuların bu ölkəyə azad şəkildə gediş-gəlişlərinə şərait yaratdığı və digər məsələlər qeyd olunaraq, rəsmi Bakıdan bu cür addımlara son qoyulması tələb olunub.
   
   İran diplomatları bütün bunlardan xeyli kövrəlib, cib dəsmalını çıxarıb göz yaşlarını sildikdən sonra isə buyurub ki, ağayi-baba bəs bu cür işlərə son verilməsə, guya Azərbaycan üçün üçün çox pis olacaq.
   
   Azərbaycan Xarici İşlər Nazirliyi artıq gərəkən reaksiyanı göstərib. Amma nota dövlətimizin adına olduğundan və bir vətəndaş olaraq bu dövlətə sahib çıxmaq haqqımızı duyaraq biz də həmin notanı qələmə alan gədaya bəzi şeyləri anlatmaq istərdik.
   
   Vallahi, bu İranın xarici işlər nazirinin kim olduğunu heç dəqiq bilmirəm, amma bircə onu bilirəm ki, adamın ağlı özündə deyil. Adama deyərlər ki, "ayə, yekə kişisən, get namazıvı qıl, orucuvu tut, sən nə bilirsən ultimatum verməyi?"
   
   İranlı diplomatların olmayan diqqətini bir xüsusa da çəkmək istərdim ki, biz Azərbaycan türkləri canımız və qanımız bahasına ona görə müstəqil dövlət qurmamışıq ki, adına İran deyilən yerin hansısa yoldan keçəni durub bizə ağıl öyrədə, hədə gələ. Baba, gəl sən narahat olma, özümüz bilərik, hansı dövlətlə hansı səviyyədə münasibət qurarıq. Maraqlıdır, görəsən bunun sənə və İran dövlətinə gedib-gələni nədi?
   
   Sualıma cavab istəmirəm, çünki sizə gedib-gələnin nə olduğunu mən özüm də yaxşı bilirəm. Odur ki, zəhmət çəkib növbəti moizənizi bu suala həsr etməsəniz incimərik. Amma sizlərin başqa suallara cavab verməyiniz mütləqdir. Məsələn, o suala ki, siz kimsiniz və hansı haqla Azərbaycan dövlətinə barmaq silkələyirsiniz? Sizi deyə bilmərəm, biz tərəflərdə barmağın başqa təyinatı da var, vadar eləməyin onu sizə göstərək.
   
   Bu yerdə ağayi-mollayi-diplomat müəllimin biz media işçilərini nəzərdə tutan bir fikrinə də diqqət kəsilək. Notada həmçinin Açərbaycan mətbuatında İrana qarşı təbliğat aparılması, Azərbaycandakı İran təşkilatlarının nümayəndələrinə problemlər yaradılması da qeyd edilib.
   
   And olsun, tək olan Allahın adına ki, bu adam qudurub. Adama deyərlər, ayə, a gədə, get işinlə məşğul ol. Adam səhv eliyər, amma farsca səhv eləməz (səhv farsca qələt deməkdir-müəllif). Farsca səhv elədiyin üçün bəzi mətləbləri sənə qandırmaq zorundayam.
   
   Əvvəla, sən kimsən ki, Azərbaycan dövlətinə nota verəsən. Axı, biz özümüz nota verməyə fars gəzirik. Digər tərəfdən, elə nota həvəskarısansa Güney Azərbaycanımızda haqqı tapdalanan milyonlarla şiə qardaşlarımızın hüququnun bərpası üçün nota ver, Quzeydə insanlıqdan kənar faşizm yaşadan Ermənistan dövlətinə nota ver. Yox, bunu eləmək istəmirsənsə, onda sus da.

TƏQVİM / ARXİV