adalet.az header logo
  • Bakı -°C
19 Avqust 2026 13:09
69
İDMAN
A- A+

Zubir və Elvinin yoxluğu "Qarabağ"a TƏSİR EDƏCƏK?

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov aparıcı futbolçuları - Elvin Cəfərquliyev və Abdullah Zubirin yoxluğunun komanda üçün ciddi itki olduğunu vurğulayıb.

Adalet.az xəbər verir ki, Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın "Tvente" klubuna qarşı keçiriləcək ilk görüşdən öncə təşkil edilən mətbuat konfransında bu barədə danışıb.

Baş məşqçi hər iki futbolçunun yaşıl meydanda bir-birini yaxşı şəkildə tamamladığını xüsusi olaraq diqqətə çatdırıb:

"Nadir hallarda futbolçular bir-birini bu qədər yaxşı tamamlayırlar. Meydanda elə bir epizod yox idi ki, onlar bir-birini anlamasın. Təbii ki, onların yerini doldurmağa çalışacağıq. Meydanda fərqli üstünlüklərimiz və yeni kombinasiyalarımız da ortaya çıxa bilər".

"Sol cinahda sağ ayağı işlək olan futbolçu görmək istəyirəm. Hazırkı heyətimizdə bu formata uyğun oyunçumuz Renaldo Sefasdır və çempionat matçında ona şans verdik. Lakin onun "Tvente"yə qarşı oynayıb-oynamayacağı hələlik sual altındadır. Sağlamlıq durumu tam dəqiqləşməyib və meydanda olmama ehtimalı olduqca yüksəkdir. Belə bir vəziyyət isə qarşımıza əlavə ciddi problemlər çıxara bilər".

"Həmin mövqeyə yeni bir oyunçu da cəlb etmək istəyirik və hazırda axtarışlarımız davam edir. Zaman göstərəcək. Bəzən məşqçi istədiyi sistemi qurur və arzuladığı futbolçuları komandaya toplayır. Hər hansı bir mərhələdə istədiyimiz nəticəni ala bilmədikdə isə alternativ planlar üzərində düşünməli oluruq. İnanıram ki, bu çətinlikləri də uğurla yoluna qoyacağıq".

Xatırladaq ki, "Tvente" və "Qarabağ" arasındakı ilk duel avqustun 20-si, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Bu cütün cavab qarşılaşması isə avqustun 27-si, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.