adalet.az header logo
  • Bakı -°C
18 Avqust 2026 17:24
78
İDMAN
A- A+

Rumıniyalı futbolçu "Neftçi"yə keçdi

Rumıniyanın "Botoşani" klubunun istedadlı futbolçusu Sebastyan Maylatın paytaxt təmsilçisi "Neftçi"yə transferi rəsmiləşmək üzrədir.

Adalet.az xəbər verir ki, bu keçid ehtimalı barədə 28 yaşlı yarımmüdafiəçi özü Rumıniya çempionatı çərçivəsində baş tutan FKSB ilə qarşılaşmadan sonra məlumat verib.

Təcrübəli rumıniyalı vinger açıqlamasında klublararası danışıqların artıq həlledici mərhələyə qədəm qoyduğunu xüsusi vurğulayıb:

"Bilmirəm, bu mənim sonuncu oyunum idi, ya yox. "Neftçi" ilə danışıqlar gedir. Müəyyən detalları həll etmək qalıb və bu həftə hər şey bəlli olacaq. Şübhəsiz ki, bu, irəliyə doğru bir addımdır. Ötən mövsüm yaxşı çıxış etdiyim üçün gözləntilərim var idi və daha yaxşı səviyyəyə keçmək istəyirdim. Arzum daha güclü çempionatlarda oynamaqdır. Əlimdən gələn hər şeyi etməyə və futboldan zövq almağa çalışacağam. Klublar demək olar ki, razılığa gəliblər, son qərarı mən verəcəyəm".

Yayılan məlumatlara əsasən, "Neftçi" rəhbərliyi bu keçidi reallaşdırmaq üçün qarşı tərəfə 400 min avro məbləğində təzminat ödəməyə hazırdır.

Qeyd etmək lazımdır ki, zəngin karyeraya malik 28 yaşlı vinger bu vaxta qədər "Poli Timişoara", "ÇFR Kluj", "Qaz Metan", "Universitatya Kluj", "Voluntari", "Suvon" və "Sepsi" kimi klubların formasını geyinib.