adalet.az header logo
  • Bakı -°C
19 Avqust 2026 13:21
65
DÜNYA
A- A+

Erməni qadınları ön xəttə gedəcək

Ermənistan Müdafiə Nazirliyi orduda intizamı möhkəmləndirmək üçün qadın hərbi qulluqçuları ön xəttə ezam etmək niyyətindədir. 

Adalet.az xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr Ermənistanın müdafiə naziri Suren Papikyanın orduda kriminal meyllərə qarşı mübarizə aparmaq məqsədilə ön xətdə yerləşən hərbi hissələrə zabit qruplarının ezam olunacağı ilə bağlı paylaşımını xatırladıb. 

“Bu qərarı şərtləndirən amil qeyri-döyüş şəraitində ölüm hallarının sayının misli görünməmiş dərəcədə artmasıdır. Səbəb orduda nizamnamədənkənar münasibətlərin hökm sürməsidir”, - qəzet yazıb.  

Nəşr qeyd edib ki, orduda komandirlərin zəif nəzarəti və ya işini düzgün qurmaması səbəbindən əsgərlər ya intihara sövq edilir, ya da qətlə yetirilirlər. Məlumata görə, artıq bəzi yüksəkrütbəli hərbi qulluqçular nizam-intizam yaratmaq məqsədilə 1-2 aylıq sərhədə ezam ediliblər:

“Mənbəmiz bildirir ki, bu qərar yalnız kişi hərbi qulluqçulara deyil, həm də qadınlara aiddir. Yüksəkrütbəli qadın hərbi qulluqçular da mövqelərə ezam oluna bilərlər”.