19 Avqust 2025 14:19
94
DÜNYA

ZELENSKİ TRAMPIN GÖRÜŞÜNƏ «QOHUM-ƏQRƏBALARI» İLƏ GETMİŞDİ 

Birinci görüşdə Tramp Zelenskini bərk danlamışdı. Geyiminə görə, özünü normal aparmadığına görə və sair və ilaxır. Hətta ekseprtlər deyir ki, Tramp

Zelenskini  Ağ Evdən qovub. 

Məşhur bir anekdot var. Dovşan gəlir çayın bir tərəfində dayanıb o biri  üzdə yaşayan Ayını çağırır:

- Mişa! Mişa!

Ayı çıxır:

- Nədi, a bala?

Dovşan ayıya xoşagəlməz sözlər deyir, Ayı da heç nə edə bilmir, çünki gərək çayı keçə.

Bu hərəkət bir neçə dəfə təkrar  olunur. Axırda boğaza yığılan Ayı çayı keçib bir kolluqda gizlənir və Dovşanı gözləyir.

Dovşan da bütün qohum-əqrəbalarını yığıb  deyir ki, Ayının üzünə söyürəm  mənə cavab qaytara  bilmir.  Və hamısını  yığıb gətirir  çayın kənarına. 

Yenə çığırır:

- Mişa! Mişa!

Bu vaxt Ayı kolluqdan çıxır, yapışır Dovşanın boğazından və deyir:

- Nədi, ay bala?

Dovşan baxır ki, vəziyyət ağırdı, özü ilə gətirdiyi dovşanları göstərib  deyir:

- Mişa dayı, bütün qohum-əqrəbanı yığıb gətirmişəm ki, səndən üzr istəyim!

İndi Zelenski də bu dəfə Trampın görüşünə Avropadakı «qohum-əqrəbalarını» da yığıb getmişdi.  Üzünün güldüyündən belə məlum olurdu ki, deyəsən Tramp onu bağışlayıb.