“Zelenski dayanmalıdır, yoxsa Kiyevi itirəcək” - Lukaşenko

“Kiyevin Ukraynanın paytaxtı olaraq qala bilməsi üçün Volodimir Zelenski dayanmalıdır”.
Adalet.az xəbər verir ki, bunu ABŞ-nin “Time” jurnalına müsahibəsində Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Ukrayna artıq əraziləri üzərində suverenliyi itirib. O zaman Zelenski ilə danışanda məni dinləsəydi, həmin ərazilər Ukraynanın tərkibində olardı. Buna görə də, keçmişdən nəticə çıxararaq, Kiyevin Ukraynanın paytaxtı olaraq qalması üçün Zelenski dayanmalıdır. Belə olduğu halda onlar Ukraynanı tamamilə itirə bilərlər”, - deyə Lukaşenko bildirib.
Digər Xəbərlər

Rusiya SOCAR-ın Odessadakı neft bazasını vurdu - yaralılar var

Türkiyə XİN İsrailin Qəzza ilə bağlı qərarını pislədi

Tramp Vaşinqtonda polislərin sayının artırılmasını tapşırıb
