Bərdə-Xankəndi istiqaməti üzrə reyslərin sayı artırılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ötən ilin sentyabr ayında “Böyük Qayıdış” proqramı çərçivəsində istifadəyə verdiyi Bərdə-Xankəndi müntəzəm avtobus reyslərinin sayını artırır.
Adalet.az bu barədə agentliyə istinadən xəbər verir
Məlumata görə, avqustun 11-dən Bərdə-Xankəndi istiqaməti üzrə daha 3 reys fəaliyyətə başlayacaq. Bununla da bu istiqamətdə gün ərzində 6 reysin həyata keçirilməsi nəzərdə tutulub. Sözügedən reyslər üzrə aralıq məntəqə olaraq Xocalı şəhəri təyin edilib.
İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə yeni reyslər üzrə avtobuslar Xankəndidən Bərdəyə saat 07:00, 11:30 və 16:30-da yola düşəcək.
Hazırda gün ərzində 3 dəfə həyata keçirilən reys üzrə avtobuslar Bərdə şəhər avtovağzalından saat 07:00, 11:30 və 16:30-da, Xankəndi şəhərindən isə saat 09:00, 14:30 və 18:30-da yola düşür.
Biletləri yalnız onlayn qaydada “biletim.az” portalı üzərindən əldə etmək mümkündür. Xatırladaq ki, Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.
Digər Xəbərlər

Hökumə üçün 1 dəqiqəlik sükut... - VİDEO

“AzerGold” QSC-də korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə seminarı keçirilib - FOTOLAR

17 ildir unudulmayan "5 günlük müharibə"nin izləri FOTOLARDA

"Sərxoş olub, narkotik maddələr qəbul edib bizə işgəncə verirdilər" - Əsirlikdə olmuş azərbaycanlı

İşçinin əmək hüquqlarını pozan klinika cərimələndi

Həmin körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcək - YENiLƏNİB
jpg-1754642974.jpg)
"Vaşinqton görüşü"nə 2 baxış: Rus beyinli erməni, erməni beyinli amerikalı
jpg-1754637132.jpg)