Rusiya SOCAR-ın Odessadakı neft bazasını vurdu - yaralılar var

Avqustun 8-nə keçən gecə Rusiya SOCAR-ın Odessa vilayətindəki neft bazasına hücum etmək üçün “Shahed” pilotsuz təyyarələrindən istifadə edib.
Adalet.az xəbər verir ki, bu barədə RBC-Ukraynaya hüquq-mühafizə orqanlarından məlumat verilib.
Hücuml yanğına səbəb olub və dizel yanacağı boru kəmərinə ziyan vurub.
Mənbələrin məlumatına görə, yanğın tez bir zamanda lokallaşdırılıb. Zərbə nəticəsində dörd əməkdaş ağır yaralanıb və onlara təcili tibbi yardım göstərilib.
Hazırda dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Təcili bərpa işləri aparılır.
Digər Xəbərlər

Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik

Trampla Paşinyanın görüşü bitdi, sənədlər imzalandı - VİDEO + YENİLƏNİB

“Zelenski dayanmalıdır, yoxsa Kiyevi itirəcək” - Lukaşenko
