Tələbə olmaq...  - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
105 | 2025-08-08 16:15

 Bizim millətin gəncləri tələbə olub, savad almaqdan çox diplom əldə etməyə daha çox meyillidir! Sovet dönəmində belə bir yazılmayan  qanun var idi ki, diplomu olmayan oğlana qız vermirdilər.

Qız evinə elçi gedəndə  öncə soruşdular ki, oğlanın diplomu var, ya yox?! Diplomu vardısa,  bu işə " hə " deyirdilər.Sözümüzün canı odur ki, o vaxtlar diplomu olanlara " yaşıl işıq" idi. Və harada istəsə, işə düzələ bilərdi! Amma indi dünyada hər şey dəyişib. İstəyir üç- dörd diplomun olsun, savadın, biliyin yoxsa səni  çətin ki, işə qəbul eləsinlər.

Düzdür, vəzifədə  işləyən savadsız adamlar da az deyil. Onlar həmin vəzifəni ya pulla , ya da  atalarının , əmirlərinin , dayılarının hesabına tuta biliblər. Yaxşı vəzifədə də  nazirlərin, icra başçısılarının, millət vəkillərinin  övladları çalışırlar. Çox az halda kasıb adamların uşaqları hansısa, vəzifədə ola bilər... Bunlar hamısı aydındır, Amma aydın olmayan odur ki, biz yer üzünün nadir millətlərindən ki, pul verib deyirik ki, övladlarımıza təhsil yox, diplom ver! Ancaq şükür Allaha , deyəsən, bu məsələlər yavaş- yavaş yoluna qoyulur.

Tay çox adam pul verib diplom almaq istəmir, əksinə pul verib , təhsil, savad, elm almaq istəyir. Lakin  yenə bir " xəstəliyimiz" var . Hamı istəyir ki, uşaqları ali məktəb tələbəsi olsun! Hətta bu şansı əldə etməyən abituriyent intihar eləməkdən  belə çəkinmir! Boş və mənasız seçimdir bu yol. Ona görə də ailələr, psixoloqlar belə gəncləri diqqət mərkəzində saxlamalı, onları inandırmalıdır ki, bu son deyil.Ali məktəbə gələn il də qəbul olmaq mümkündür. Və bir də hər şey ali təhsillə həll edilmir. Hər şeyi həll edən insanın zəhmətkeşliyi, mübarizliyi və ifadəsidir. Orta məktəblər tək tələbə yetişdirmir.

Orta məktəblər  cəmiyyət üçün  tərbiyəli, əxlaqlı, vətənpərvər gənclər  hazırlayır. Başqa sözlə demiş olsaq, kamil insan yetişdirir. Bizcə, bundan gözəl yol yoxdur. Füzuli rayonunun Böyük Bəhmənli kəndində iki tam orta məktəb var. Biri Ehtiram Piriyev adına ( direktor  Solmaz Qənimətli), digər isə Allahyar Əliyev adına ( direktor   Həsən Rzayev). Hər iki məktəbdən hər il ali və orta ixtisas məktəblərinə  çoxlu sayda məzun qəbul  olur. Bununla yanaşı, bu məktəblər cəmiyyət üçün kamil və vətənpərvər gənclər hazırlayır.

Birinci və İkinci Qarabağ Müharibəsində  bu gənclər öz sözlərini dedilər, şəhid oldular, qazi oldular və ərazi bütövlüyümüzü təmin etdilər. Azərbaycan bayrağını Füzuliyə, Cəbrayıla, Şuşaya, Xocavənddə, Qubadlıya, Zəngilana, Ağdama, Laçına, Kəlbəcərə, Xankəndiyə, Xocalıya sançdılar!   İndi o yerlərdə gül bitir, çiçək bitir və hər yerdən şəhidlərimizin səsin eşidirik! Adını çəkdiyimiz hər iki məktəb direktoru  öz işlərini günün tələbləri səviyyəsində qurmağı bacarıb, ən müasir texnika və texnologiyalardan istifadə  etməklə təhsildə böyük uğurlara imza atıblar.

Çünki həmişə ön plana vətənpərvərliyi, kamil insan olmağı çəkməyi bacarıblar. Ona görə də, bizə diplomlu və iş tapmayan gənclər yox,  vətənpərvər insanlar lazımdı. Bəlkə düz demirik, dostlar!!!

TƏQVİM / ARXİV