adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Avqust 2018 11:19
55913
AVTOMABİL

Zəbt olunan daha bir dayanacaq bərpa edilir

148 nömrəli marşrut xətti üzrə hərəkət avtobusların Zabrat qəsəbəsində yerləşən son dayanacağı qanunsuz sökülərək tikinti işlərinə başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Adalet.az-a bildirilib ki, agentliyin əməkdaşlarının müdaxiləsi nəticəsində tikinti işləri dayandırılıb. Hazırda sərnişinlər üçün rahat və təhlükəsiz şəraitin yaradılması istiqamətində işlər aparılır.