adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 Aprel 2024 10:54
2747
AVTOMABİL

Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin NƏZƏRİNƏ

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-dək) aparılacaq təmir işləri ilə əlaqədar olaraq 19 aprel saat 08:00-dan 21 aprel saat 22:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 

Bu barədə Adalet.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - məlumatda qeyd olunub.