13 Fevral 2024 14:05
2015
ŞOU-BİZNES

Zaur Nəbioğlu: “Mənim adımla reytinq toplamaq istəyirsiniz”

Aparıcı Zaur Nəbioğlu od püskürdü.

Adalet.az xəbər verir ki, ona “diplomsuz” deyənlərə öz verilişində sərt cavab verib:

“Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini fərqlənmə diploma ilə bitirmişəm. Xalq Artisti Afaq Bəşirqızıdan dərs almışam. Yaşar Nuri, İlham Namiq Kamal, Telman Adgözəlov, Amalya Pənahova kimi dahilərin qarşısında imtahan vermişəm. Bəzi müğənnilər var ki, biz onları dəvət etmədiyimiz halda bizim verilişə hər kəsin yanında deyir ki, verilişə dəvət aldım amma getmədim.  Mən, layihə rəhbəri Eldar Pənahoğlu, Aysel Novruzva ona zəng etməmişik. Əgər sübut etsə ki, mən ona zəng etmişəm, gəlsin 10000 manat verəcəm. 

Mənim heç kəslə qətiyyən şəxsi prpoblemim yoxdur. Digər proqramlara da sözüm odur ki, biraz öz üzərinizdə işləyin. Ardıcıl 4 dəfə məni verilişinizdə mövzu edirsiniz. Mənim adımla reytinq toplamaq istəyirisiniz.

 Sadəcə olaraq, səhər proqramları arasında rekordu qırdığımız üçün , sizin də o rekorda çata bilmədiyiniz üçün aqressiyanızı başa düşürəm”.

Əntiqə