“Bu rayonlar iqtisadiyyatın yeni inkişaf drayverinə çevrilməkdədir”
“Bu gün Cəbrayıl şəhəri günüdür. 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində Cəbrayıl rayonuna 14 milyard dollar məbləğində ziyan dəymişdi. 27 illik işğaldan sonra 2020-ci il oktyabrın 4-də azad edilən Cəbrayıl rayonu artıq bərpa və inkişaf mərhələsinə qədəm qoyub. Böyük iqtisadi və turizm potensialına malik, 81 min nəfər sakini olan Cəbrayıl rayonunun sahəsi 1 049.8 kvadrat km-dir. Dəniz səviyyəsindən 434 metr yüksəklikdə yerləşən Cəbrayıl rayonu cəlbedici dağlıq ərazilər, 104 kəhriz və 99 bulaq ilə böyük turizm potensialına malikdir”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir:
“Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Cəbrayıl rayonunda yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı bütövlükdə bölgənin inkişafına xüsusi töhvə verəcək. Rayon yeni mərhələdə yalnız kənd təsərrüfatı deyil, həmçinin sənaye məhsulları üzrə də ixtisaslaşacaq. Bütövlükdə, Cəbrayıl rayonu daxil olmaqla Qarabağ və Şərqi Zəngəzur Azərbaycanda iqtisadiyyatın yeni inkişaf drayverinə çevrilməkdədir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Mart 2026 16:01
Qızıl və gümüş bahalaşdı
24 Mart 2026 10:30
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və qarabaşaq göndərildi
24 Mart 2026 09:27
Azərbaycan nefti ucuzlaşdı
23 Mart 2026 15:30
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
23 Mart 2026 12:21
“Yalnız qənaətə fokuslanmış nə dövlət, nə də insan inkişaf edə bilməz...”
23 Mart 2026 10:21
“Brent” ucuzlaşdı
23 Mart 2026 09:19
Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb
22 Mart 2026 13:01


Bakı -°C

