adalet.az header logo
  • Bakı -°C
10 Iyun 2026 13:43
58
ŞOU-BİZNES
A- A+

Zamiq: “Heç vaxt  bahalı maşın, ev arzum olmayıb”

Müğənni Zamiq Hüseynov  özü ilə bağlı arzularının olmadığını söyləyib.

Adalet.az bidirir ki, o, heç vaxt bahalı maşın və ya ev arzusunda olmayıb:

“Heç vaxt  bahalı maddi arzularım olmayıb. Bu günlə yaşayan adamam. Ağlıma da gəlmir ki, nə vaxtsa deyim ki, filan bahalı maşın mənim olsun. Filan bahalı evdə yaşayım. Bu şeyləri bir an belə  düşünmədim. Günüm xoş keçsin, xoşbəxt və sağlam yaşayım. Bu ən böyük zənginlikdir. 
Hər kəs bilir ki, biz çətin bir dövr yaşamışıq. Həmin vaxt varlı insanların həyatı mənə heç vaxt maraqlı gəlməyib. Buhaqda düşünməmişəm.  Çünki mən öz dünyamda xoşbəxt idim”.

Əntiqə