adalet.az header logo
  • Bakı -°C
09 Iyun 2026 14:06
73
ŞOU-BİZNES
A- A+

Elcan Rəsulov: “Maddiyyat məni buna məcbur etdi”

Aparıcı Elcan Rəsulov illər əvvəl Afaq Bəşirqızının ona dediyi sözlərə aydınlıq gətirib.

Adalet.az bildirir ki, o, maddiyyat səbəbidən teatrda işləyə bilmədiyini etiraf edib:

“Hələ illər əvvəl  Space.Tv-də şou-proqramlara aparıcılıq edirdim. Bir gün Afaq Bəşirqızı mənə dedi ki, yığışdır bu ucuz popluyarıq gətirən şouları. Get teatrların birində işlə. İstedadını sənətə xərclə. O zaman mən ona necə izah edə bilərdim ki, ailəni dolandırmaq üçün mənə madiyyat lazımdı. Axı maddiyyat məni buna məcbur edirdi. Heç nə demədim. Vəziyyətimi danışmağa da utandım. Teatrlardakı maaş hər kəsə bəllidir. O maaşla insan özü yaşaya bilməz, nəinki ailəyə baxmaq. Çətin zamanlarım idi. İndi şükür zaman- zaman her şey düzəldi”.

Əntiqə