Əbdül Xalid: “Əxlaqsızlığı təbliğ edənlər cəzalandırılmalıdır”
Əbdül Xalid son zamanlar daha çox sosial şəbəkələrdə popluyarlıq qazanan mahnılardan danışıb.
Adalet.az xəbər verir ki, o, belə mahnıları ifa edənlərə müvafiq cəza tətbiq olunmasının tərəfdarıdır:
“Son zamanlar insanların zövqünə, beyninə, əxlaqına mənfi təsir göstərən mahnıları ifa edirlər. Maraqlısı da odur ki, ifa edənlər belə mahnıları ifa etməkdən zərrəcə utanmır, çəkinmir. Belə mahnıları ifa edən adamlardan uşaqlar nə tərbiyə götürsün?! Pis mənalara yozulan sözlərlə mahnılar ifa edib ki, insanların şüuraltına pis vərdişlər yeridirlər. Bununla bağlı mütləq DİN məşğul olmalıdır. Əxlaqsızlığı təbliğ edənlər cəzalandırılmalıdır. Uşaqlar sosial şəbəkələrdə belə mahnılara qulaq asa- asa, onları sevməyə başlayırlar. Bu da cəmiyyət üçün təhlükəli haldır”.
Əntiqə


Bakı -°C

