Yoluxucu xəstəliklərin yayılmasının qarşısı necə alınır?
“Yoluxucu xəstəliklərin qarşısının alınması həm dövlətin, həm də cəmiyyətin ümumi sağlamlığı üçün həyati əhəmiyyət daşıyır. Bunun qarşısının alınmasında ən mühüm şərt həm şəxsi gigiyenaya, həm də ictimai sanitariya qaydalarına ciddi əməl olunmasıdır”.
Adalet.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzin Baş direktorun Epidemioloji məsələlər üzrə müavini Samirə Nəcəfova “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində açıqlayıb.
Onun sözlərinə görə, uşaqlar hər gün ətraf mühitdəki minlərlə mikroblarla təmasda olurlar:
“Mikroblar onların yedikləri qidalarda, nəfəs aldıqları havada yaşayırlar. Bu mikroblardan qorunmağın ən əsas üsulu peyvəndləmədir. Peyvəndlər uşaqları vərəm, hepatit, poliomielit, difteriya, tetanus, göyöskürək, qızılca və digər ağır xəstəliklərdən qorumaqla, hər il milyonlarla insanın həyatını xilas edirlər. Uşaqlar üçün Milli peyvənd təqvimi mövcuddur və bu təqvim üzrə peyvəndlər dövlət tibb müəssisələrində pulsuz təmin olunur.
Həmçinin, sanitariya-gigiyenik tədbirlər nəticəsində infeksion xəstəliklərin yayılmasının qarşısının almaq mümkündür. Belə ki, yoluxucu xəstəlik ocaqlarında dezinfeksiya tədbirləri aparılır. İçməli suyun təhlükəsizliyi
yoxlanılır”.
S.Nəcəfova qeyd edib ki, epidemioloji nəzarət və xəbərdarlıq sistemi ilə xəstəlik halları dərhal Sanitariya-Epidemioloji Xidmət müəssisələrinə bildirilir və xəstəlik ocağında əks-epidemik tədbirləri görülür:
“Yoluxma zənciri izlənilir, təmasda olan şəxslər nəzarətə götürülür. Əhali arasında şəxsi gigiyena, yoluxma yolları, əlamətlərin tanınması və həkimə müraciət etmə qaydaları barədə maarifləndirmə işi aparılır. Yoluxmuş şəxslər izolyasiya edilir, xüsusi tibb müəssisələrində müalicə olunur. Epidemiyalar zamanı müvəqqəti xəstəxanalar və mərkəzlər yaradılır”.
Digər Xəbərlər
16 Noyabr 2025 10:20
Bu ölkədə yeni virus YAYILIR
15 Noyabr 2025 08:28
Damarları tıxananlar bu qidalardan imtina etsin!
14 Noyabr 2025 19:31
Ürək üçün faydalıdır deyə ovuc-ovuc yeyirdi - qaraciyəri məhv edirmiş
14 Noyabr 2025 16:52
"Elit" də 15 manat, başqa aptekdə 6 manat...
14 Noyabr 2025 11:55
Dana əti basdırmasında at DNT-si aşkarlandı
13 Noyabr 2025 10:38
Uzunmüddətli reabilitasiya tələb edən travmalar – Nazirliyin mütəxəssisi aydınlıq gətirir
13 Noyabr 2025 10:37
Travmadan sonra reabilitasiya vacibdirmi? - Mütəxəssisindən cavab
12 Noyabr 2025 11:23


Bakı -°C

