Hər stomatoloqa diş çəkdirmək olar?
İndi yerindən duran deyir ki, mən həkiməm! Və insanlar da bəzən onlara inanır, xidmətindən istifadə edir, sonra da çıxılmaz vəziyyətə düşür; ya ölür, ya da ömürlük şikəst olur.
Ona görə də, həkimə getməmişdən əvvəl həmin həkimin diplomu olmasını, savadını və eləcə də, cəmiyyətdə tanınıb- tanınmasına diqqət yetirmək lazımdir. Bununla yanaşı, həkimin sertifikatının olması da önəmlidir. Əgər bunları dəqiqləşdirsəniz, onda başınıza yüz oyun gəlməz! Bu yaxınlarda cavan oğlan sosial şəbəkədə bir həkimlə tanış olur. Oğlan deyir ki, mən ağıl dişimi çıxartdırmaq istəyirəm.
Hansı ki, bu əməliyyat çox mürəkkəb işdir. Onu üz- çənə cərrahı əməliyyat eləməlidir. Sosial şəbəkədə olan həkim isə deyir ki, narahat olma , elə bu , bizim işimizdir.Oğlan gedir həkimin yanına,həkim də onun dişini çəkərkən səhv yol verir və xəstəni qan axması tutur! Xəstə ölümcül vəziyyətə düsür.Və başqa üz- çənə cərrahı onu ölümdən xilas edir.
Sonradan aydın olur ki, cavan oğlanın birinci dəfə dişini çəkən həkimin heç diplomu yoxmuş.Bax belə " həkim" lər də var! Ona görə , həkimə gedərkən diqqətli olmalı, " mən həkiməm"-deyən hər adama inanmamalısınız! Və hər diş çəkən yaxşı stomatoloq deyil!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
25 Mart 2026 19:33
Göydə Allah, yerdə həkimlər. ..
25 Mart 2026 11:16
Çox təhlükəli virus dünyanı təhdid edir - Koronavirusdan daha ağırdır
22 Mart 2026 10:03
Ürəyin işini yaxşılaşdıran 6 QİDA
20 Mart 2026 14:03
Novruz bayramında sağlam qidalanma tövsiyələri - VİDEO
19 Mart 2026 18:00
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
17 Mart 2026 16:56
Bu energetik içkinin idxalına məhdudiyyət qoyuldu
17 Mart 2026 15:54
Çərəzlərin faydası və düzgün istehlak qaydası - VİDEO
17 Mart 2026 10:05


Bakı -°C

