Azərbaycana vaksinlər gətirildi: Vaksinasiya başlayır
Payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar olaraq ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılma ehtimalı artır.
Bu məqsədlə əhali arasında profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi üçün Səhiyyə Nazirliyi tərəfindən qrip əleyhinə “Sanofi Pasteur” Fransa şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirilib.
Bu barədə Adalet.az-a Səhiyyə Nazirliyindən bildirilib.
Səhiyyə naziri Teymur Musayevin müvafiq Əmrinə əsasən, 2025-ci il oktyabrın 8-dən etibarən vaksinasiya kampaniyasına start verilir.
Xüsusilə səhiyyə işçilərinin, hamilə qadınların, həmçinin xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı şəxslərin qripə qarşı peyvənd olunması tövsiyə edilir.
Əhalinin sağlamlığının qorunması və respirator xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.
Qripə qarşı vaksinasiya ödənişsizdir və yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.
Digər Xəbərlər
08 Noyabr 2025 09:01
Gənc qız burun əməliyyatından sonra komaya düşdü – Anestezioloqdan şok açıqlama - VİDEO
05 Noyabr 2025 16:25
Şadlıq saraylarında mənşəyi məlum olmayan ətlər aşkarlanıb - AQTA
04 Noyabr 2025 13:28
Saxta ballar...
04 Noyabr 2025 10:31


Bakı -°C

