Ən ciddi problem ondan ibarətdir ki, idman zallarında niyə həkim yoxdur?
"Bakıda xeyli sayda çox bahalı və böyük fitness idman zalları var. Böyükdən, kiçiyə heç birində ilkin təcili yardım göstərmək üçün ixtisaslı həkim yoxdur".
Adalet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Razi Abasbəyli deyib.
Ekspert bildirib ki, ən kiçik idman yarışında belə yarışa həkim briqadası cəlb edilir:
"Təsəvvür edin ki, Bakıda elə idman zalları var ki, bir zalda eyni anda 100 nəfərdən çox insan məşq edir. Həm də ağır atletika üzrə. İnsanlar çox vaxt həkim məsləhəti olmadan əlavə enerji tərkibli dərmanlardan istifadə edir.
Məşqə gələnlərin təzyiqini ölçməyə belə cihaz olmur zalda.
Biri xəsarət alsa, ilkin tibbi yardım göstərmək üçün xüsusi ixtisaslı tibb işçisi belə olmur.
Bu kifayət qədər ciddi bir problemdir. İddia etmirəm.
Bəlkə hansısa idman zalında həkim və ya ixtisaslı tibb işçisi var. Lakin son baş verənlər və görüntülər onu deməyə əsas verir ki, bu problemi ciddi nəzarətdə saxlamaq lazımdır.
Fitnes zallarına kim lisenziya verir? Bu lisenziyaların tələbində ilkin təcili tibbi yardım göstərmək üçün hansı şərait qurulmalıdır?
Bunu təşkil etməli olub, etməyənlər, məsuliyyətsizlik edənləri hansı cəza gözləyir?".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Mart 2026 19:33
Göydə Allah, yerdə həkimlər. ..
25 Mart 2026 11:16
Çox təhlükəli virus dünyanı təhdid edir - Koronavirusdan daha ağırdır
22 Mart 2026 10:03
Ürəyin işini yaxşılaşdıran 6 QİDA
20 Mart 2026 14:03
Novruz bayramında sağlam qidalanma tövsiyələri - VİDEO
19 Mart 2026 18:00
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
17 Mart 2026 16:56
Bu energetik içkinin idxalına məhdudiyyət qoyuldu
17 Mart 2026 15:54
Çərəzlərin faydası və düzgün istehlak qaydası - VİDEO
17 Mart 2026 10:05


Bakı -°C

